Magistratura məRKƏZİ Əlyazması hüququnda


— insan ləyaqəti və insan hüquqları;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 insan ləyaqəti və insan hüquqları; 

 fayda və zərər; 

 muxtariyyət və fərdi məsuliyyət; 

 razılıq; 

 razılıq vermək imkanları olmayan şəxslər; 

 insan zəifliyinə hörmət və şəxsi toxunulmazlıq; 

 məxfilik və konfidensiallıq; 

 bərabərlik, ədalət və qərəzsizlik; 

 diskriminasiya və stiqmatizasiyaya (sosial damğa) yol verilməməsi; 

 mədəni müxtəlifliyə və plüralizmə hörmət; 

 həmrəylik və əməkdaşlıq; 

 sosial məsuliyyət və sağlamlıq; 

 nemətlərdən birgə istifadə; 

 gələcək nəsillərin müdafiəsi; 

 ətraf mühitin, biosferin və biomüxtəlifliyin qorunması. 

Ekobioetikanın  əsaını  bioetikanın  15-ci    «ətraf  mühitin,  biosferin  və  bio-

müxtəlifliyin  qorunması»  prinsipi  təşkil  etsə  də,  fayda  və  zərər,  həmrəylik  və 

əməkdaşlıq,  sosial  məsuliyyət  və  sağlamlıq,  nemətlərdən  birgə  istifadə,  gələcək 

nəsillərin müdafiəsi və s. kimi prinsiplər də aktualdır. 

YUNESKO  Bəyannamə  vasitəsilə  dövlətləri  göstərilən  prinsipləri  milli 

qanunvericiliyə implementasiya etmələri üçün dəvət edib. Belə ki, Bəyannamənin 

23-cü  maddəsində  deyiliri  ki,  «Dövlətlər  qanunvericilik,  administrativ  və  sair 

xarakterli tədbirlər keçirməlidir ki, göstərilən bu prinsiplər insan hüquqları ilə bağlı 



 

22 


digər beynəlxalq normalara uyğun şəkildə həyata keçirilsin». 

Bəyannamədə  qəbul  edilən  15  əsas  bioetik  prinsipin  bəziləri  haqda  əlavə 

məlumat  verməklə  onların  ətpaf  mühitin  idarə  olunması  məsələləri  ilə  necə  çıx 

əlaqəli olduğunu göstərmək istərdik. Məsələn, birinci prinsip  «insan ləyaqəti və 

insan hüquqları», yəni insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlara tam 

hörmət edilməsi təmin olunmalıdır. Ayrı-ayrı şəxslərin maraq və rifahı elmin və ya 

cəmiyyətin  maraqlarından  üstün  sayılmalıdır.  Xatırlatmaq  yerinə  düşər  ki, 

Azərbaycan Konstitusiyasının 39-cu maddəsində «Sağlam ətraf mühitdə yaşamaq 

hüququ»  insanlarımızın  əsas  hüquq  və  azadlıqlarına  aid  edilmişdir.  Bu  maddəyə 

əsasən,  Azərbaycanda  yaşayan  hər  bir  insanın  1)  sağlam  ətraf  mühitdə  yaºamaq 

hüququ vardır; 2) ətraf mühitin  vəziyyəti haqqında məlumat toplamaq və ekoloji 

hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini 

almaq hüququ vardır; 3) heç kəsin ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən 

edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vurmaq ixtiyarı yoxdur. Bununla 

yanaşı,  Konstitusiyanın  39-cu  maddəsi  vurğulayır  ki,  dövlət  ekoloji  tarazlığın 

saxlanılmasına,  yabanı  bitkilərin  və  vəhşi  heyvanların  qanunla  müəyyən  edilmiş 

növlərinin qorunmasına təminat verir. 

Bioetikanın 2-ci prinsipi olan «fayda və zərər» prinsipi nəzərdə tutur ki, elmi 

biliklərin və təxrübənin, yeni texnologiyaların tətbiqi və inkişafı zamanı insanların 

maksimum birbaşa və dolayı rifah əldə etməsinə çalışmaq və bu zaman hər hansı 

mümkün ziyanı ən aşağı həddə endirmək lazımdır. 12-ci prinsip olan «sosial məsu-

liyyət və sağlamlıq» prinsipinə əsasən, əhalinin sağlamlığının möhkəmləndirilmə-

sinə və sosial inkişafına kömək etmək hökümətlərin başlıca hədəflərindən biridir. 

İrqindən,  dinindən,  siyasi  əqidəsindən  iqtisadi  və  ya  sosial  vəziyyətindən  asılı 

olmayaraq  sağlamlığın  mümkün  olan  ən  yüksək  səviyyəsinə  nail  olmaq  hər  bir 

insanın  əsas  hüquqlarından  biri  olduğundan  elm  və  texnika  sahəsindəki  tərəqqi 

aşağıdakılara kömək etməlidir: 

a) xüsusilə qadınlar və uşaqlar üçün keyfiyyətli tibbi xidmətlər və ən vacib 

dərmanlar əldə etmək; 



 

23 


b)  ərzaq məhsulları və su ilə təminatda lazımi imkanlara malik olmaq; 

c) həyat şəraitini və ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq; 

d) yoxsulluğun və savadsızlığın miqyasını azaltmaq. 

«Gələcək nəsillərin müdafiəsi» adlı 14-cü prinsip gələcək üçün məsuliyyətin 

miqyas  və  hüdudlarını,  nə  üçün  gələcək  haqqında  narahatçılıq  keçirməyimizin 

vacibliyini,  gələcək  nəsillər  qarşısında  öhdəliklərimizi  müəyyən  edir.  «Davamlı 

inkişaf»  anlayışı  BMT  tərəfindən  məhz  bu  aspektdə  irəli  sürülüb.  Ümumdünya 

Ətraf Mühit və İnkişaf Komissiyasının 1987-ci il məruzəsində «Ümumi gələcəyi-

miz» adı altında davamlı inkişaf «Gələcək nəsillərin öz tələbatlarını təmin etmək 

qabiliyyətini  pozmadan  hazırkı  tələblərə  cavab  verən  inkişaf»  kimi  müəyyənləş-

dirilmişdir. Başlıca  ideya ondan ibarətdir ki, həm indiki, həm də gələcək nəsilləri 

tələbatları diqqətdə saxlanılmalıdır. Gələcək nəsillər qarşısındakı məsuliyyət bey-

nəlxalq  hüquqi  sənədlərin  əksəriyyətində  təsbit  olunmuşdur.  Hesab  edilir  ki, 

gələcək nəsillərin taleyi sarıdan hazırkı narahatçılıq aşağıdakı 3 amil ilə əlaqəlidir: 



  yeni  texnologiyalar  insan  fəaliyyətinin  mahiyyətini  dəyişib  və  o,  artıq 

təkcə  indi  yaşayan  insanların  deyil,  həmçinin  gələcəkdə  yaşayacaq  insanların  da 

həyatına təsir göstərir; 

  bu  günün  gerçəklikləri  bir-birindən  asılıdır  və  qarşılıqlı  əlaqədədir; 

məsələn, hansısa regionda ekoloji fəlakət digər regionlara və nəsillərə də təsir edir; 



 mövcudluğumuzun, 1998-ci ildə BMT Baş katibinin dediyi kim, «bizim 

bircə və təkcə Yer kürəmizin» faniliyinin və kövrəkliyinin getdikcə daha çox başa 

düşülməsi. 

Ekobioetikanın «ətraf mühitin, biosferin və biomüxtfliyliyin qorunması» adlı 

əsas prinsipi insanla həyatın digər formaları arasında qarşılıqlı əlaqələr, bioloji və 

genetik resurslardan lazımi istifadənin vacibliyinə, ətraf mühit, biosfer və biomüx-

təlifliyin  qorunmasında  insanın  ənənəvi  biliklərinə  və  roluna  hörmət  edilməsinə 

lazımi diqqətin yetirilməsini nəzərdə tutur. Ekoloji böhranlar XX əsrin 1960-70-ci 

illərində qeyd  olunmağa başlamışdır.  Roma  Klubunun  1972-ci  ildə təqdim  etdiyi 

«İnkişafın Hüdudları» və BMT-nin Stokholmda keçirdiyi ilk ekoloji konfrans, eko- 




 

24 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1.2. İnsanın cəmiyyət-təbiət münasibətlərinə, onun təbiətdəki 

mövqeyinə tarixi baxış formaları 

 

loji  etikanın  yaranması,  1992-ci  ildə  Rio-deJaneyroda  yüksək  səviyyədə  «Yer 



Sammiti»  Ümumdünya  konfransı  (Earth  Summit  Conference)  ötən  əsrdə  ətraf 

mühitin  mühafizəsi  üzrə  ən  əlamətdar  hadisələrdən  olmuşdur.  2000-ci  ildə  BMT 

Minilliyin Bəyannaməsini qəbul edərkən qeyd etmişdir ki, «bizim ətraf mühitin 

vəziyyəti ilə bağlı narahatlığımızın əsasını insanın fəaliyyəti nəticəsində ümidsiz-

cəsinə  korlanan  və  ehtiyatları  bütün  bəşəriyyətin,  hər  şeydən  öncə  də  övladları-

mızın və nəvələrimizin tələbatını ödəmək üçün bundan sonra daha kifayət etməyə-

cək planetdə yaşamağın təhlükəliliyi» təşkil edir. «İstehsal və istehlakın davamsız 

modeli» bu ekoloji narahatlığın əsas səbəbidir. 2002-ci ildə Davamlı İnkişaf üzrə 

Təbiət əxlaq hüququna malikdir! 

Təbiət insanla müqayisədə daha vacib və üstündür. 

Təbiətin mühafizəsi müstəqil dəyərdir. 

Təbiət insanın maraq və  tələbatlarından asılı deyil. 

Təbiətin dəyəri insanın məqsəd və maraqlarından 

yüksəkdədir.

 

Təbiətdəki bütün canlılar bərabərdir! 



 

Təbəit vahid bir tamlıqdır. 

Hər bir orqanizm unikal ğioloji dəyərə malikdir. 

İnsan və bəşəriyyət biosferin bir hissəsidir. 

İnkişafın əsas rəhni insan leyil, biomuxtəliflik və 

təraf mühitdir, insanın bütün canlılar qarşısında 

əxlaqi borcu var. 

 

 



ANTROPOSENTRİZM  PATOSENTRİZM  BİOSENTRİZM    

EKOSENTRİZM 

 

Hər şey insan üçündür! 



İnsan və onun maraqları planetin mərkəzi və 

ali məqsədidir. 

O, təbiətin sahibi, əlahiddə varlıq, bütün 

canlıların ən üstünüdür. 

 

 

Heyvanlarla rəhmli davranış insanın 



borcudur! 

Bütün canlılar əxlaqi dəyərlərə malikdir. 

İnsanın  sinir  sisteminə  malik  canlılar 

qarşısında əxlaqi borcu vardır 

 

 



 

25 


Yohannesburq Bəyannaməsində yeni etik davranışların qəbul edilməsi və zərurəti 

haqda qeydlər edilmişdir. Əsas diqqət mərkəzi aşağıdakı problemlər olmuşdur: 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin