əksini tapmaqla yanaşı, ekoloji davamlılıq məqsədi xüsusi qeyd edilir. Son dövr-
lərdə dünya ümumdaxili məhsulunun 4 dəfə artması yüz milyonlarla insanın həyat
səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Lakin bu artım, əsasən, təbii kapitalın
(meşə və kənd təsərrüfatı, torpaq, su resursları və biomüxtəlifliyin istifadəsi ilə əla-
qəli urbanizasiya) azalması, ekosistemlərin dağılması nəticəsində əldə edilmişdir.
44
Məhz bunun nəticəsidir ki, 2000-ci ildən başlayaraq dünyada ekoloji problemlər
kəskinləşdi: içməli suyun və ərzaq məhsuldarlığının azalması, iqlim dəyişmələri,
biomüxtəlifliyin, meşə sahələrinin azalması, səhralaşma və s. neqativ proseslər
intensivləşdi. Ekoloji məhdudiyyətlərin güclənməsi dünyada iqtisadi inkişafın yeni
tipinin formalaşması zərurəti yaratdı, yeni «yaşıl» iqtisadiyyatın hazırlanmasına sə-
bəb oldu. Bu sahənin konturları BMT təşəbbüslərində «yaşıl» iqtisadiyyata (green
economy) keçid təklifləri, yaşıl inkişaf (green groth) proqramları ilə başladı. «Ya-
şıl» iqtisadiyyata keçid məsələləri BMT-nin Rio+20 sammitinin prioritet məsələ-
lərindən oldu. Beynəlxalq sənədlərdə «yaşıl sənaye» (green industry), «yaşıl»
bazarlar (green market), «yaşıl» məşğulluq (green jobs) və s. «yaşıl» sifətli ter-
minlər getdikcə geniş istifadə edilməyə başladı. Artıq «yaşıl» innovasiyalar termi-
nindən də geniş istifadə edilir. Burada ətraf mühitə minimum təsir edən (alternativ
energetika, ekonəqliyyat, bioloji yanacaq və s.) yeni texnologiyalar nəzərdə tutulur.
UNEP-in BMT-nin biosfer resurslarının kompleks elmi planlaşdırılması və
idarə edilməsinin əsaslarını və metodlarını işləyib hazırlayan ətraf mühit üzrə
proqramm hesabatlarına görə, «yaşıl» iqtisadiyyat insan rifahını və sosial ədaləti
artırmaqla bərabər, ətraf mühitə olan riskləri minimuma endirir. Bu iqtisadiyyatın
xarakterik əlamətləri aşağıdakılardır:
Dostları ilə paylaş: