— Potensial əkin sahələrinin ümumi sahəsi 3,2 mrd. ha (1970-ci il
göstəricisindən 2 dəfə çox);
— Maksimal məhsuldarlıq 1970-ci il üçün orta dünya göstəricisindən 3 dəfə
çox;
— Bərpa olunmayan resursların əlçatan ehtiyatlarının ümumi həcmi 1970-ci
ilə nisbətən 250 dəfə çox;
— Biosfer tərəfindən çirkləndiricilərin udulma səviyyəsi təbii ekosistemlərin
1970-ci il vəziyyətinə görə 25 dəfə çox.
Bu zaman bərpa olunmayan resursların həcmi və ümumi çirklənmə qlobal
sistemin ümumi ekoloji vəziyyətini təyin edir. Əhalinin artımı, sənaye və kənd
təsərrüfatının inkişafı mühitə təsiri, antropogen və texnogen yüklənmələri müəy-
yənləşdirir. Əhalinin artımı və istehsalın inkişafı bir-birini sürətləndirir, onlara
eksponensial artım tempi verərək, bütün qlobal sistemi tarazlıq halından çıxarır.
1974 cü ildə «Bəşəriyyət yol ayrıcında» («Mankind at the Turning Point»)
adlanan ikinci hesabat hazırlandı. Müəlliflər «İnkişafın yuxarı həddi»ndəki qüsur-
ları həll etməyə çalışdılar. Onlar hesab edirdilər ki, planetin müxtəlif hissələrində
müxtəlif ekoloji problemlər mövcuddur. Ona görə də ekoloji problemləri daha
effektiv həll etmək məqsədilə Yeri 10 regiona böldülər (ABŞ, Kanada və Meksika
daxil olmaqla Şimali Amerika: Latın Amerikası; Qərbi Avropa; SSRİ və Şərqi
Avropa; Şimali Afrika və Yaxın Şərq; Tropik Afrika; Cənubi və Cənub-Şərqi
Asiya; ÇXR və Asiyanın sosialist ölkələri; Yaponiya; Okeaniya və CAR). Bu
hesabatın əsas ideyası ondan ibarətdir ki, kortəbii inkişaf bəşəriyyəti məhvə apardı-
ğından regionlar «üzvi inkişaf» tempinə keçməlidir. Alimlər hesab edirdilər ki,
müasir böhranın əsas səbəbi iki uçurumdan ibarətdir. Onlardan biri təbiətlə insan
arasında, ikincisi isə varlılarla yoxsullar arasındakı uçurumdur. Bu uçurumların
ləğvi dünyanın vəhdətini təmin edəcək.
Dünyanın çoxsəviyyəli regional modellərindən ibarət olan bu model çevik
planlaşdırma instrumenti, tərkib hissələri bir-birinə qarşılıqlı təsir edən və bir-biri
32
ilə sıx əlaqədə olan bir sistem şəklində çıxış edir. Müəlliflər böhran vəziyyətlərdən
səhvlər detektoru qismində istifadə etməyi təklif edir.
«Beynəlxalq nizamın yenidənqurulması» (RİO: Reshaping the International
Order») adlanan üçüncü (1977) hesabatda zəif inkişaf etmiş ölkələrə xüsusi diqqət
verilib. Çünki bu ölkələrin liderləri iqtisadi inkişafın məhdudlaşdırılmasını rədd
edirdilər (17,22).
Hesabat müəllifləri hesab edirdiklər ki, ikinci hesabatda təklif edilən «üzvi
beynəlxalq nizam» ideyasının həyata keçirilməsi üçün bütün ölkələr lokal
məqsədləri qlobal məqsədlərlə uzlaşdırmalıdırlar. Yalnız o zaman regionlarda
atılan addımlar bütövlükdə bəşəriyyətin rifahına xidmət edəcək. Hesabatda müasir
«xətti» iqtisadiyyatın «dövri» iqtisadiyyatla əvəz olunması təklif edilir (Şəkil 2.1.)
Xətti iqtisadiyyat
Çirklənmələr
Dostları ilə paylaş: |