Almaniya. Almaniyanın Fond birjaları sisteminə - Hannover, Hamburq, Düsseldorf, Frankfurt - Mayn, Münhen, Ştutqart, Bremendə fəaliyyət göstərən səkkiz birja daxildir. Onların hamısı yerli hakimiyyət orqanları tərəfindən nəzarətdə olan dövlət təşkilatlarıdır. Frankfurt birjası birja əməliyyatlarında öndə gedir və ölkənin əsas kredit-maliyyə mərkəzidir. Burada Almaniyanın aparıcı kredit-maliyyə müəssisələrinin qərargahı cəmləşmişdir. [31, s.160]
Yaponiya. Yaponiyada birja şəbəkəsi Tokio, Kioto, Kobe, Xirosima, Fukioka, Naqoe, Osaka şəhərlərində olan doqquz birjadan ibarətdir. Tokio birjası dövriyyəsinə görə Nyu-York və London fond birjalarından sonra dünyada üçüncü yeri tutur. Tokio birjası 60-cı illərin ortalarından başlayaraq böyüyərək ölkə daxilində öz mövqelərini bərpa etdikdən sonra ABŞ və Qərbi Avropa ölkələri ilə rəqabət aparmağa başladı. Bundan başqa, Yaponiyada iqtisadiyyatın yüksək artım sürəti birja əməliyyatlarının geniş inkişaf etdirilməsinə imkan verdi. [31, s.163]
Kanada. Kanadada beş fond birjası: Vankuver, Toronto, Kalqari, Monreal Vinnipeq fond birjası fəaliyyət göstərir. Qiymətli kağızların birja dövriyyəsinin 90%-i Toronto və Monreal şəhərlərində cəmlənmişdir.
Son illər Kanadada birja əməliyyatlarının nəzərəçarpan dərəcədə canlanmasının səbəbi Kanada kapitalının ölkədən kənarda və ölkə daxilində iqtisadi bazasını möhkəmləndirilməsindədir. Sənaye korporasiyalarının təminatı qiymətli kağızlar birjası və xeyli dərəcədə pul vəsaitlərinin səfərbər edilməsi hesabına əldə olunmuşdur. [31, 164]
İtaliya. Burada fond birjaları dövlət müəssisələri kimi fəaliyyət göstərir. Onların fəaliyyəti, birjalarda qiymətli kağızların tədavülü ümumi qaydası və onların həyata keçirilməsi qaydası dövlət qanunları ilə müəyyən edilir. Birja fəaliyyəti üzərində nəzarəti maliyyə nazirliyi, yerli ticarət orqanları və xüsusi orqanlar həyata keçirirlər. [31, s.161]
Dövlət qulluqçusu statusu üzrə qeydiyyatda olan brokerlər, fond birjalarının subyektləri kimi çıxış edirlər. Hər hansı bir birja üçün brokerlərin sayı qanunla müəyyən edilir. Ən böyük birja Milanda yerləşir ki, burada 500 növ qiymətli kağızlar ilə əməliyyatlar həyata keçirilir.
Rusiya. Rusiyada qiymətli kağızlar bazarı XIX sonunda kapitalist münasibətlərinin inkişafı ilə bağlı yaranmış, XX əsrin əvvəllərində və Birinci dünya müharibəsi başlayana qədər inkişaf etmişdir. Qiymətli kağızlar bazarı o zaman Moskva, Nijni-Novqorod, Sankt-Peterburq, Helsinqfors və bir sıra digər iri şəhərlərinin fond birjaları ilə təmsil olunurdu. O zaman əsas ticarət işi qiymətli kağızlar, səhimlər və dövlət istiqrazları ilə aparılırdı. Özəl istiqrazlar az buraxılirdı. Fond birjalarında satılan və alınan səhimlər əsasən Rusiyanın iri sənaye, nəqliyyat və ticarət şirkətləri, habelə Fransa, Almaniya, İngiltərə və Belçika şirkətlərinin səhmləri idi. Birinci dünya müharibəsinin başlanması və 1917-ci il inqilabı nəticəsində qiymətli kağızlar bazarlar öz fəaliyyətini dayandırdı.
Sovet hakimiyyəti dövründə qiymətli kağızlar bazarı məhdud şəkildə Yeni İqtisadi Siyasət (YİS) dövründə fəaliyyət göstərmişdir. Sonrakı illərdə SSRİ-nin iqtisadiyyatında inzibati idarəetmə sistemi və dövlət mülkiyyətinə əsaslanan, planlı əsaslarla inkişaf edən qiymətli kağızlara da öz təsirini göstərdi. Yeganə qiymətli kağızlar istiqrazlar şəklində dövlət istiqrazları idi və bunlar əhaliyə əmanət kassaları vasitəsilə satılır və alınırdı.
90-cı illərin əvvəllərində bazar iqtisadiyyatına keçid iqtisadiyyatın alternativ, əlavə maliyyələşdirmə mənbəyi kimi Rusiya Federasiyasında qiymətli kağızlar bazarının yaradılmasını zərurət etdi. Rusiyada fond birjaları 1991-ci ilin yayında Moskvada, Sankt-Peterburq, Nijni-Novqorodda və bir sıra digər iri şəhərlərdə yaradılmışdır. Ticarət birjalarının fond şöbələri də açılmışdır. Bu zaman Rusiyada fond bazarlarının yaradılması nəzdində özəlləşdirilməsini prosesini qabaqladığı üçün fond bazarı birinci mərhələdə qiymətli kağızların satışı ilə məşğul olmuşdur.
Rusiyanın qiymətli kağızlar bazarının inkişafının ikinci mərhələsi dövlət əmlakının özəlləşdirilməsi, investisiya fondlarının yaradılması ilə bağlıdır.
Qiymətli kağızlar bazarının inkişafının üçüncü mərhələsi həm özəl, həm də dövlət qiymətli kağızların buraxılışı ilə bağlıdır. Bu zaman dələduzluq halları da baş vermişdir. 1996-cı ilin sonu üçün qiymətli kağızlar bazarının müəyyən strukturu yarandı: ilkin bazar, təkrar (fond birjaları) bazar və küçə bazarı. Rusiyanın qiymətli kağızlar bazarının xüsusiyyəti ondan ibarətdir ki, qiymətli kağızların əsas kütləsini dövlət kağızları təmsil edir, fond birjaları eyni zamanda ilkin və təkrar bazar funksiyalarını yerinə yetirir, bazarın özü isə Rusiya iqtisadiyyatına kapitalın səfərbər edilməsi üçün deyil, qiymətli kağızların alqı-satqı obyekti kimi fəaliyyətinə xidmət edir.
Dostları ilə paylaş: |