Magistratura məRKƏZİ


Beynəlxalq birja ticarətinin məqsədi, vəzifələri və praktiki xüsusiyyətləri



Yüklə 1,34 Mb.
səhifə9/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
1.2. Beynəlxalq birja ticarətinin məqsədi, vəzifələri və praktiki xüsusiyyətləri
Bu fəsilin predmetini təşkil edən beynəlxalq birjalar milli sərhədləri olmayan dünya əmtəə bazarlarına xidmət edir. Bu birjalar birja əməliyyatları nəticəsində əldə olunmuş gəlirlərin azad köçürülməsini təmin edir; orada arbitraj əməliyyatları, yəni müxtəlif ölkələrin birjalarında olan qiymətlərin fərqindən yaranan gəlirləri əldə etmək üçün möhtəkir müqavilələr həyata keçrilir. Birjaların beynəlxalq xarakterinə uyğun valyuta, ticarət və onların yerləşdiyi ölkələrin vergi rejimi ilə təmin olunur.

Real əmtəəyə bağlanmış müqavilə əmtəənin satıcıdan alıcıya real keçidini nəzərdə tutur. Nəticə olaraq birjada əmtəəni satmış satıcı əmtəəyə elə yerdə və elə halda malik olmalıdır ki, lazım gələn anda onu kəmiyyətinə və keyfiyyətinə uyğun olaraq müqavilə ilə göndərə bilsin. Öz növbəsində real əmtəə üzrə razılaşma çatdırıl­ma vaxtına görə dərhal və gələcəkdə çadırılma olmaqla iki yerə bölünür. Dərhal çatdırılma üzrə razılaşma nağd əmtəə üzrə razılaşma adlanır. Birjada nağd kimi satılan əmtəə birja anbarlarının birində olmalı və alıcıya razılaşma bağlandıqdan dərhal sonra çatdılmalıdır. [28, s.156]

Əmtəənin anbara daxil olmasından sonra birja və ya onun tərəfindən səlahiyyətli ekspeditor firması satıcı vasitəsilə birjada razilaşmalarln bağlandığı və hesabların aparıldığı anbar qəbzini və ya varrant verir.

Əmtəəyə birja qiymətlərinin qoyulması üçün ən vacib alət öz-özlüyündə tipik möhtəkir aləti (təxminən 0,99) olub, tərəflərin bu razılaşmaları yerinə yetirməyə nəzərdə tutmayan bir sıra müddəti və ya fyüçers razılaşmalarıdır. Müddətli razılaşma­lar­da alıcı onun alacaqlarını əldə edəcəyinə ümid bəsləmir, satıcı isə satdığı əmtəəni verməyə arxayın olmur. Belə razılaşmaların nəticəsi real əmtəənin verilməsi deyil, onun həmin gündə bağlandığı razılaşmanın qiyməti ilə icra günündəki qiymət arasındakı fərqdən yaranan ödəməni əldə etmə və ya ödəməni etməkdən ibarətdir. Bu səbəbdən lotun standartını nəzərə alaraq fyüçürs müqaviləsinə bağlayarkən iki əsas şərt razılaşdırılır: qiymət və mövqe.

Fyüçers bazarının müəyyən xüsusiyyəti neft məhsulları üzrə fyüçers müqavilə­ləri ilə ticarət edən birjaların ixtisaslaşmasına gətirib çıxardı: 1) Xam neft, mazut, benzin və propan üzrə razılaşmalara malik olan Nyu-York Ticarət Birjası (NYMEX): 2) Fyuçers müqavilələri üzrə qazoyl, xam neft və benzinin satıldığı London Beynəlxalq Neft Birjası (ІРЕ); 3) Xam neft və mazutun fyüşerslər ilə satan Sinqapur Beynəlxalq Valyuta Birjası (Singapore International Monetary Exchange – SI МЕХ). [28, s.157]

Fyüçers müqaviləsinin qeydiyyatından sonra birja üzvləri (satıcı və alıcı) müqavilə bağlayan tərəflər kimi bir daha bir-biri ilə münasibətlərə girmirlər. Onlar yalnız birjanın hesab palatası ilə işlərini görürlər. Hər bir tərəf birtərəfli qaydada hər hansı bir vaxt fyüçers müqaviləsini eyni sayda əmtəə üçün ofset müqaviləsini bağlamaqla ləğv edə bilər. Fyüçers müqaviləsinin ləğvi müqavilənin bağlandığı gün və cari qiymətlə müqavilə qiyməti arasında yaranan fərqdən hesablama palatasına ödəməni və ya almanı nəzərdə tutur. Əgər fyüçers müqaviləsi müddətin başa çatmasınadək ofset müqavilənin bağlanması ilə ləğv olunmamışsa, o zaman satıcı real əmtəəni göndərə, alıcı isə adı çəkilən birjanın qaydaları ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq onu qəbul edə bilər. Klirinq palatalarının təşkilatı müxtəlif birjalarda müxtəlifdir. Londondakı beynəlxalq neft birjasında hesablaşmalar beynəlxalq əmtəə klirinq palatası (International Commodities Clearing House) vasitəsilə həyata keçirilir, qiymətli kağızların 80 %-i Böyük Britaniyadakı dörd ən böyük banka aiddir. Nyu -York və Sinqapurda hesablaşmalar maliyyə zəmanətlərinin təmin edilməsi məqsədilə fondların yaradılmasına məcbur olan birja iştirakçılarının sahib olduqları birgə müəssisə tərəfindən həyata keçirilir.

Birja ticarəti haqqında deyilənlərdən belə nəticə çıxarmaq olar ki, müqavilələrin ikiuclu çəngəlinə uyğun olaraq (real əmtəə və fyuçers bazarında) onun iştirakçılarının iki məqsədi vardır: 1) real əmtəənin alınması və satılması və 2) möhtəkirlik əməliy­yatların həyata keçirilməsi. Beləliklə, fyüçers müqaviləsinin əlverişli seçilməsi nəticəsində qiymətin əlverişli olmayan hərəkəti nəticəsində itkilər fyüçers mövqeləri üzrə gəlirlərlə bərabərləşdirilməlidir. [28, s.158]

Lakin faktiki olaraq həyata keçirilmiş hedcinqi etmək mümkün deyildir. Hətta hecinq mexanizminin (nahaqdan deyildir ki, bu məhsulun yüksək likvidliyini qeyd edən “qara qızıl” ifadəsi vardır) götürüldüyü neft və neft məhsulları bazarında yalnız az qism uyğun gələn fyüçers müqavilələri vardır, ola bilsin ki, hecinqsi lazım gələn hər hansı bir neft və neft məhsulu üzrə olmasın.

Müxtəlif ölkələrdə bazar iqtisadiyyatında birja institutunun inkişaf təhlili təsər­rüfat münasibətlərinin təkamülü prosesi göstərir ki, birja bazarı birdəfəlik müəyyən olunmuş təçkilari-struktur bölmələri, ticarətin obyekt və alətlərinə malik statik yox, daim inkişafda və təkmilləşmədə olan mürəkkəb özütəşkil olunan sistem­dir.

Milli iqtisadiyyatda və dünya təsərrüfat əlaqələr sistemində birjaların rolu elə də nəzərə çarpan deyil, o bazarlarda əməliyyat həcmlərində birja dövriyyəsinin göstəri­ci­lə­rindən kənara çıxır. Birjalar özünəməxsus şəkildə ticarət və sənayenin kataliza­torları olub ətrafnda bazarın infrastrukturunu formalaşdıran mərkəzdir. Qeyd etmək lazım­dır ki, birja ikinci mənaya malik və sənaye və tədavül sahəsini əhatə edən institut rolunu oynamışdır və oynanılmasını tələb edir, lakin həmçinin müstəqil mənaya malik olması vasitəsilə sənaye, aqrar bazar, tikinti, ticarət, rabitə, maliyyə- kredit bazar­larının inkişafına stimul olan tələbin stimullaşdırılmasına səbəb əsas effektdir.

Birjanın təsərrüfat münasibətləri sistemində rolu oxşar şəkildə praktiki olaraq müxtəlif tarixi dövrlərdə meydana gəlir və qanunauyğun xüsusiyyətlərinə malikdir. Onlar aşağıdakılarda özünü biruzə verir:

а) iqtisadiyyatın formalaşdırılmasının başlanğıcında nağd əmtə ilə ticarət aparan əmtəə birjaları yaranır; bu dövrdə birjaların bu zaman müddətli birja ticarəti yoxdur;

b) formalaşdırılmış əmtəə birjlarının şəbəkəsi satılan şəbəkə və və yeni təsərrüfat əlaqələri mərkəzi rolunda çıxış edir;

c) birja bazar infrastukturunun katalizatoru və dəyişikliklərin “lokomotivi” rolundan çıxış edir. Nəzəri planda bu vəziyyət “bija multiplikatoru” prinsipi vasitəsi ilə açılır və onun fenomeni aşağıdakılardan ibarətdir: ilin olaraq birja yüksək təşkil olunmuş formal bazar kimi lazımi dəyişikliklərin edilməsini və keyfiyyətcə yeni iqtisadi münasibətlərin forma­laş­dırılmasını tələb edir. Sonradan institutunsional dəyişikliklərinə istehsal dəyişiklikləri cəlb olunur, uyğun potensial formalaşdırılır, bu da birjada onu daha səmərəli edən keyfiy­yət dəyişikliklərinə aparır. Beləliklə, multiplikativ effekt ondan ibarətdir ki, birja bu və ya digər şəkildə iqtisadiyyatın bir sıra sahələrinin inkişafına təkan verir;

d) nağd əmtə üzrə birja bazarının formalaşdırılmasında növbəti faza-fyüçers bazarının inkişafı baş verir;

e) müəyyən mərhələdə birja bazarında rəqabət kəskinləşir, birja bazarlarının vahid sistem üzrə cəmləşməsi və inteqrasiyası baş verir;

ə) son mərhələdə (əgər birjalar rəqabət mübarizəsində davam gətirsələr) ölkə birjalarının elektron beynəlxalq birja ticarəti sisteminə inteqrasiyası baş verir.

Bu əmtəələr xüsusi planlı olduğundan, yəni tərkib hissələri ilə bütün digər mallara daxil olan praktiki olaraq istehsal qalıqları daxildir, o zaman onların qiy­mətləribütün bazar subyektləri üçün vacibdir. Bu vəziyyətdən birja qiymət müəy­yənləşməsinin məzmunun meydana çıxır: birja ticarətini bir məntəqədə cəmləş­məsi müəyən dövr üçün bazar şərtlərinə cavab verən bərabər qiymətin müəyyən edil­mə­sinə imkan verir.

Beynəlxalq əmtəə birjaları-keyfiyyətcə eynitərkibli və qarşılıqlı əvəzlənən böyük həcmli xammal və ərzaq mallarının alqı-satqısının həyata keçirildiyi daimi fəaliyyət göstərən bazarlardır; hazırda orada xammalla ticarət əməliyyatlarınn 20% -i həyat keçirilir.

Birjada əmtəə onun əvvəlcədən bildirilmədən və qabaqcadan baxılmadan mövcud standartlara və nümunələrə əsasən alınır və satılır. Həqiqətdə birjada əmtəə yox, bu əmtəə üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd alınır və satılır.Belə sənəd alıcı tərəfindən malın anbara verilməsini təsdiq edən anbar şəhadətnaməsi olan varrantdır. Razılaşmaların bağlanması birja tərəfindən hazırlanmış və malın keyfiyyətini ciddi tənzimləyən və onun çatdırılmasını təsdiq edən tipin birja müqaviləsi üzrə həyata keçirilir.

Birja satıcıya əmtəəni ixtiyarlı sənəd olan, qoruma şəhadətnaməsi - varrant verilir. Alıcı isə əmtəənin dəyərini onun birja anbarında saxlanması və zəmanət­lən­məsi üçün lazım olan xərclər də daxil olmaqla ödəməklə varrant əldə edir. Bu ticarət razılaşmaları aşağıdakı müddətlərdə həyata keçirilə bilər:


  • satılan malın alıcıya birja qaydalarından asılı olaraq 15 gün ərzində birja anbarından dərhal çatdırılması;

  • gələcəkdə çatdırılmalı olan əmtə üzrə malın xüsusiyyətlərinin və ya onun istehasalının nəzərə alınması ilə 6 aydan 12 ayadək bağlanan razılaşma. Onları “müddətli” və ya “forvard” razılaşmaları adlandırılar, onlar real malın satıcı tərəfindən sənədin bağlanması zamanı əks olunmuş qiymət və müddətə çadırılma­sını nəzərdə tutur.

Birja ticarəti ticarət “xəndəyi” adlana bir neçə sektora bölünmüş xüsusi zalda həyata keçirilir.

Fond birjasında ticarət ticarət dövriyyəsinin həcmindən, birjanın texniki təminatından asılı olaraq, ticarətin aparılmasının ən yaxşı formasına dair Birja Şurası haqqında təsəvvür müxtəlif cür təşkil oluna bilər.

Birja makleri podiuma bütün satıcılar tərəfindən satış üçün təyin edilən qiymətli kağıza görə aşağı qiymət təklif edən satıcını dəvət edir və alıcılara üəyyən vaxt ərzində onunla alqı-satqı etməyi təklif edir. Bu halda alıcılara arasında rəqabət gedəcəkdir. Əgər podiuma alıcılar arasında daha çox qiymət tələbi olan alıcı dəvət edilirsə, o zaman satıcılar arasında rəqabət baş verir.

Hər bir kapitalist ölkəsində fond birjası iqtisadiyyatın müxtəlif sahələrində pul kapitalının bölüşüdürülməsi mənbəyi kimi mühüm yer tutur. Fond birjasının vəziy­yəti, onun pul kapitalının səfərbər edilməsindəki rolu ssuda kapitalının milli bazar­dakı rolundan, maliyyə-kredit sisteminin əhatəliyindən, pul yığımlarının həcmin­dən, onların istehsal prosesinə təsirindən, həmçinin fond birjasının inteqrasiya dərə­cə­sinin müasir inhisarçı-dövlət tənzimlənməsi mexanizmindən asılıdır. Hər bir ölkənin qiymətli kağızlar bazarının xarakteristikası üçün fond birjalarının milliliyi mühüm əhəmiyyət kəsb edir.



ABŞ. ABŞ-da əhəmiyyətinə görə birinci yeri eyni zamanda Nyu-Yorkda fəaliyyət göstərən Amerika Fond Birjası tutur. Lakin orada digər əyalət birjalar kimi səhmlər Nyu-York Fond Birjasına istiqamətlənir. Eyni zamanda regional Fond Birjasının səhmlərinin qiymət təyinetməsini əsasən kiçik ölçülü yerli özəl şirkətlər həyata keçirirlər. Amerika fond birjalarının özəlliyi də ondan ibarətdir ki, burada əməliyyatlar əsasən köhnə buraxılışılı (səhmlər, özəl və dövlət istiqrazları) qiymətli kağızlarla həyata keçirilir. Bu zaman dövlət kağızları ilə aparılan əməliyyatların payı olduqca azdır. Özəl kağızların birjaya buraxılması 1 mln dollar məbləğində xalis mənfəət olduqda, habelə qiymətli kağızlarla əməliyyatların qeydiyyat və Birja İdarəetmə Şurasının komissiyasının razılığı şərtilə mümkündür. [31, s.155]

30-cı illərin əvvəllərində ABŞ-da “Böyük depressiyadan” sonra fond birjasının dövlət tənzimlənməsinin gücləndirilməsi ilə əlaqədar kiçik əmanətçilərə ziyan vuran şişirdilmiş əməliyyatların məhdudlaşdırılması ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilmişdir. 1933-ci ildə Qiymətli kağızların emissiyası haqqında, 19 -ci ildə isə Qiymətli kağızlarla birja ticarəti haqqında qanunlar qəbul edilmişdir. Hazırda qüvvədə olan həmin qanuna əsasən, qiymətli kağızlar mütləq hökumət federal ticarət komissiyasında qeydə alınır və birja müqavilə qaydaları və qiymətli kağızlarla ssudanın ölçüsü tənzimlənir, ən şişirdilmiş əməliyyatlar məhdudlaşdırılır.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin