Magistratura məRKƏZİ


DÜNYA NEFT VƏ NEFT MƏHSULLARI BAZARI



Yüklə 1,34 Mb.
səhifə17/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
DÜNYA NEFT VƏ NEFT MƏHSULLARI BAZARI
2.1. Dünya neft və neft məhsulları ticarətinin müasir vəziyyəti
Neft - enerjinin əsas ilkin mənbəyi olub istifadəsi dünya iqtisadiyyatı ilə birlikdə daim artır və inkişaf edir. Kimya istehsalının xam məhsulu kimi neft və neft məhsul­larının istifadəsi təbii olaraq artır. Dünya bazarı daim dəyişir: bu qiymət transfor­masi­yası, liberallaşma dərəcəsi və s.-dir

Ölkələrin təmin olunması daha çox bu və ya digər faydalı qazıntıların (o cüm­lə­dən, neftin) bütün geoloji ehtiyatlarının tükəndiyi zaman kəsiyi ilə qiymətləndirilir. Dünya ölkələrinin neftə olan tələbatı ildə 3,85 mlrd. kubmetr təşkil edir.

Dünya nefti ticarəti, məlum olduğu kimi bərpa edilməyəndir. Bu ehtiyatlar uzaq gələcəkdə gec-tez tükənəcəkdir. Əsas məsələ ondan ibarətdir ki, vaxtı çatanda bu azal­ma bazarda “təklifdə” özünü necə göstərəcəkdir . Bəzi nəzəriyyələrə görə beynəl­xalq neft ticarətinin ən yüksək həddi bir neçə onillikdən sonra çata bilər. Dünya neft ticarəti əlverişli qazancdır. Çünki neftdə qazanmaq çox asandır. Cədvələ nəzarət etməklə nefti ucuz almaq və baha satmaq lazımdır. Hələ bir neçə zaman beynəlxalq neft ticarəti ölkələrinin iqtisadiyyatında çox mühüm rol oynamaqda davam edəcəkdir.

Neft və neft məhsulları üzrə dünya bazarı özlüyündə çox incə və həssas bir sis­tem­dir. Onun «ruhu» bir çox amillərdən asılıdır: mövsümi, siyasi, iqtisadi, regio­nal, tanker donanması ilə əlaqədar yaranan vəziyyət və s. O, eyni zamanda kifayət qə­dər yaxşı təşkil olunmuşdur, özünəməxsus xüsusiyyətləri və öz oyun qaydaları var­dır.

Neft və neft məhsulları ilə ticarətin iki forması vardır: müqaviləli və spot.

Ticarətin müqavilə forması alıcı və satıcının malın müəyyən müddət ərzində və sabit qiymətlə göndərilməsi haqqında razılığa gəlməsini nəzərdə tutur. Əvvəlki müqa­­vilələr iki, üç və daha çox il üçün imzalanırdı. Sonra isə müddət azaldı, qiymət­lər isə daha çevik oldu.

Spot ticarəti qısamüddətli müqavilədir. Bəzən spot ticarəti - bir tanker neft və ya neft məhsullarının satışını nəzərdə tutur. Ona görə də qiymətlər konkret tanker üçün həmin gün müəyyən edilir. Mütəxəssislərin hesablamalarına görə, hazırda neft və neft məhsullarının dünya bazarında satışının təxminən 50-55%-i spot şərtlilə həya­ta keçi­ri­lir.

Ticarətin bu iki formasının xarakteristikası üzərində bir qədər ətraflı dayanmaq lazımdır ki, sonrakı dünya neft məhsulları bazarının xarakteristikası və eləcə daxili qiymətyaranma məntiqi bizə aydın olsun. Bu bizə bazarda inamla istiqamətlənməyə imkan verəcəkdir.

Prinsipcə spot ticarəti özündə təbii haldır. O, başlanğıcını malın mal ilə müba­diləsinin həyata keçirildiyi qədim dövrlərdən götürür. Ondan fərqli olaraq müqavilə forması müəyyən öhdəliklər üzrə uzunmüddətli şərtlərə əməl olunmasını tələb edir. İri şirkətlər üçün də, kiçik firmalar üçün də əsas şərt tərəflərin bir-biri qarşısında olan uzunmüddətli öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutan sabit bazarın olmasıdır. Bunu işin müqavilə forması verir.

Yenot ticarətinə qaldıqda isə nə istehsalçı, nə də ki istehlakçı yaxın vaxt üçün dəqiq qiymət və malın çatdrılımasının həcmi barədə dəqiq söz deyə bilməz. Qiyməti həmişə manipulyasiya obyekti olacaqdır.

Digər tərəfdən, neftin sahibi kifayət qədər mürəkkəb vəziyyətdədir. Əgər kom­pa­niya neft məhsulu üzrə neft istehsal edən müəssisə ilə uzun müddət üçün müqavilə bağlamışsa, o zaman neft məhsulunu bu dövr ərzində müəyyən olunmuş qiymətə sat­malıdır

Vəziyyətin dəyişməsilə müəyyən səbəblər üzündən yüngül fraksiyasının isteh­salını artırmaq və neft məhsullarını, məsələn, mazut istehsalını azaltmaq lazımdır. Zavod məhz yaranmış konyuktura səbəbindən ziyana uğraya bilər. Böyük həcmli biznes şəraitində pul itkisi böyük ola bilər. Məsələn, dizel yanacağı üzrə tipik dair sövdələşmə: Şərti qiymətlər üzrə dəyəri 185 dollardan 20 000-24 000 ton (gəmi partiyası) yanacaq üçün 1 tonuna təxminən 4-4,4 milyon dollar lazım gələcəksə. Qiymətdə isə 1 dollar fərqdən itki tərəfdaşlarından biri üçün 20 000-24 000 dollar təşkil edəcək. Lakin əgər söhbət benzinlə ticarətdən gedirsə, vaxt itkisi daha çox olacaq. Ticarət şərtləri və ümumi iqtisadi vəziyyət davamlıdırsa sərt müqa­vilə­lərin olması məqbuldur. Qeyri-sabitlik şəraitində sərt qiymətlər qeyri məhsul­dardır. Bununla əlaqədar neft və neft məhsulları bazarının iştirakçıları ticarətin hər iki formasını kombinə etmək məcburiyyətindədirlər. Neft treyderləri arasında «çevik müqa­vilə­lər» termini yaranmışdır. Məhz neft bazarının çox faktorluğu oyun qay­dalarına riayət edərək iştirakçılarını çevik sistemdən istifadə etməyə vadar edir.

Hazırda neft və neft məhsulları bazarında dörd əsas iştirakçı var: 1) hər iki ticarət formasından istifadə edən iri neft şirkətləri; hesab edilir ki, onlara spot bazarının (Mobil, Sheh və digər «neft bacıları») təxminən 40%-ə sahibdirlər; 2) müstəqil neft şirkətləri («neft bacılarına» aid olmayan ); onların payına spot bazarının təxminən 10-15% məxsusdur; 3) neft treyderləri (Fibro, Marc Rich).

Neft və neft məhsulları ilə spot ticarəti adətən Rotterdamla assosiasiya olunur. Bu məntiqi cəhətdən düzdür: çünki Rotterdam əslində «spot» ticarətinin yarandığı yerdir. Burada iri emal gücləri, anbarlar və paylayıcı sistemlər cəmləşmişdir. Lakin hazır­da Rotterdam sözünü deyəndə biz daha geniş coğrafiyalı bazarı nəzərdə tut­malıyıq. Buraya şimal-qərbi Avropanın bütün spot bazarlarını daxil etməliyik: Böyük Britaniyanın Şərq hissəsi, Almaniya, Hollandiya, İsveç, Danimarka, Norveç, Belçika və şimal-qərbi Fransa. Rotterdam zonasının loqistikası iki iri seqmentdən ibarətdir. Tanker ticarət razılaşmaları şimal-qərb bölgəsində həyata keçirilir: Rotterdam-Şimal dənizi, çay barjaları ilə ticarət Rotterdam zonası olan-Reynin deltasında (Hol­lan­di­yaya, Almaniya, Belçika, İsveçrə və digər istehlakçılara çatdırılması) aparılır.

Digər iri dünya spot bazarı Sinqapurdur. Bu bazar dünyada Rotterdamdan sonra ikinci sayılır. Bundan əlavə, bu region neft emalının həcminə görə dünyada Rot­terdam və Amerika (Meksika körfəzi sahilində) regionlarından sonra üçüncü yeri tutur. Sinqapur bazarı dünyanın digər regionları ilə Asiyanı birləşdirən mühüm nəqliy­yat arteriyaları üzərində yerləşir. Sinqapur Rotterdam və ABŞ arasında özünə­məxsus tarazlıq rolunu oynayır. Sinqapur bazarına İndoneziya, Malayziya, Çin, BƏƏ, İran neft və neft məhsulları istehsalçı və treyderləri istiqamətlənirlər. Qeyd etmək lazımdır ki, yeni sənaye ölkələrində (Cənubi Koreya, Tayvan, Syanqan (Honkonq) və s) iqtisadi yüksəliş ilə bağlı Yaxın Şərq regionundan Sinqapur şəhərin­də qeyd olunur. Neft məhsullarının axını müşahidə olunur

Böyük bazar Aralıq Dənizi bazarıdır. Neftreyderlər Genuyanın Lavera bazarına yönəlirlər. Bu, məntiqli izahdır. Yaxın Şərq neft və neft məhsullarının istehsalçıları məhsulu Avropanın cənubuna gətirirlər.

Elə olub ki, rusiya təchizatçıları spot şəraitdə Rotterdam və ya Aralıq Dənizi bazarına yönəlmişlər. Ənənəvi olaraq neft məhsulları olan SSRİ və Rusiyadan Baltik dənizi və Qara dəniz limanları vasitəsilə aparılmışdır

Əhalinin sayı və istehsal artdıqca ilkin enerji ehtiyatlarının dünya istehlakı artır: Məsələn 50 il ərzində, 1950-ci ildə 3,9 mld.ton-dan 2000-ci ildə - 12 mld.tona. çatmışdır. Dünyada enerji istehlakının orta illik artım sürəti XX əsrin birinci yarısında 2-3% idisə, 1975-2015-ci illərdə artıq 5%-i keçmişdir. Hazırda isə bu rəqəm 100 mln.barrel ətrafıdır. Enerji resurslarının istehlakının artımı neft və təbii qaz (onda «ucuz neft» dövrü idi ki, bu dövrdə dünya bazarında qiymətlər 1952-cu ildən 1972-ci ilədək cəmi 14 dollar təşkil edirdi) hasilatının sürətlə artması hesabına təmin olunurdu.

Neft sahəsində yarana biləcək böhranın səbəblərindən biri neft hasilatının geoloji şəraitinin pisləşməsi ola bilər, neft hasilatının ekstremal təbii şəraiti ( Arktika, Sibir) olan rayonlara, bu kontinental şelfə keçirildi. Digər səbəb isə inkişaf etməkdə olan neft ixracatçıları ölkələrinin (OPEK üzvlərinin) dünya neft ehtiyatlarının əsas hissəsinə sahib olduqlarından vəziyyətdən istifadə etmək istəyi ilə izah olunmalıdır. Bu şəraitdə dünyanın aparıcı ölkələri, xüsusilə də inkişaf etmiş ölkələr energetika inkişaf konsepsiyasına yenidən baxmağa məcbur olurlar.

Enerji istehlakında aparıcı yeriləri neft, kömür və qaz tutur.

Ətraf mühitin mühafizəsi üzrə tələblərin sərtləşdirilməsi zərərli qazların atmos­ferə atılma­sı­nın azaldılması məqsədi ilə gələcəkdə ekoloji cəhətdən ən kömür və neft kimi çirkli enerji resurslarının istehlakının azaldılması baş verməlidir. Həmin tədbirlər təbii qaz və bərpa olunan enerji mənbələrinin rolunun artmasına gətirib çıxaracaqdır.

Müxtəlif qrup ölkələrdə enerji istehlakının strukturu müxtəlif cür dəyişir. İnkişaf etmiş ölkələrdə neftin payı 17% -dən 47,5% -ə qədər artmış, sonralar isə 45,4%-ə qədər azalmışdı. Kömürün payının azalması ten­den­si­yası vardır. Neft dünya bazarında lider mövqe tutmaqda davam edir.

Bütün dünyada çıxarılan neftin təxminən yarısını ixraca göndərilir. OPEK üzvləri ölkələrinin dünya neft ixracında payı təxminən 65%dən çoxunu təşkil edir. Neftin qiymətinin düşməsi hasilat kvotasının həddinin müəyyən edilməsi, hasilatı azaltmağa məcbur etdi ki, bu ölkələr imkan daxilində qiymətləri sonradan artıra bilsinlər.

Neftə tələbat onun hasilatı və perspektivdə qiymətlərin dinamikasından asılıdır. Neftin müqayisəli aşağı qiyməti perspektivdə bir neçə il ərzində bir çox ixracatçı ölkələrdə (xərclərin az olduğu ölkələrdən başqa məsələn Fars Körfəzi ölkələrində) hasilatın maya dəyəri xeyli yüksək olması ilə əlaqədar neft hasilatının azalmasına gətirib çıxara bilər.

2015-ci ildə dünya iqtisadiyyatında neft istehlakının atrımı orta hesabla ildə 1,5% artmı müşahidə olunub. Bu cəhətdən ən yüksək artım tempi (ildə təxminən 2,5%) inkişaf et­mək­də olan ölkələrdə gözləniləndir ki, bu sənayenin emal sahələrinin inkişafı və müasir infrastrukturun formalaşdırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə neft istehlakı əsasən avtomobil və hava nəqliyyatının tələbatının ödənilməsi üçün artmalıdır.

Dünya bazarında davam edən neftin qiyməti ucuzlaşmaqdır. ABŞ-ın WTI brent markalı neftin qiyməti 32,71 dollar/barelə düşübdürsə, yenədə gözlənilir.

London Fond Birjasında satışı nəticəsində «Brent» markalı neftin artıq qiyməti 32,78 dollar/barel olub.

Neftin qiyməti yavaş-yavaş enməkdə hələdə davam edir. Dünya birja bazarında neftin qiyməti sürətli şəkildə ucuzlaşmaqdadır. “To report” məlumat verir ki, ABŞ-ın WTI markalı neftin qiyməti 34,88 dollar/barel olmaqla hələdə aşağı düşməkdədir.

London Fond Birjasında satış nəticəsində «Brent» markalı neftin qiyməti isə 34,90 dollar/barelə düşməklə yanaşı, hələdə enmə ehtimalındadır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin