Magistratura məRKƏZİ


İstifadə edilmiş ədəbiyyat siyahısı



Yüklə 1,34 Mb.
səhifə6/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   2   3   4   5   6   7   8   9   ...   40
Tədqiqat işinin həcmi və quruluşu Tədqiqat işi 92 səhifəni əhatə edərək giriş, 3 fəsil, nəticə və təkliflər, 49 sayda elmi-informatik mənbəyə əsaslanan ədəbiyyat siyahısından, həmçinin 5 diaqram , 3 cədvəl və 3 şəkildən ibarətdir.


I FƏSİL

BEYNƏLXALQ BİRJA TİCARƏTİNİN FORMALAŞMASI

AMİLLƏRİ VƏ REALLAŞMASI XÜSUSİYYƏTLƏRİ


    1. Birja ticarətinin formalaşması və fəaliyyətinin səciyyəvi cəhətləri

Müasir əmtəə birjaları - müxtəlif formalı topdansatış əmtəə bazarının uzun təka­mü­lünün və eyni zamanda mütəşəkkil əmtəə birja növlərindən birinin nəticəsidir.

Topdansatış ticarətin ilkin forması karvan ticarəti hesab olunur. Onun fərqli xüsu­siy­yəti epizodik olması, həyata keçirilmənin qaydasızlığı, müəyyən ticarət yeri­nin və qaydalarının olmamasında idi. [34, s.6]

XII – XIII əsrlərdə Avropa yarmarkalarında alqı-satqı nağd pulla, həm də ödənişin təxirə salınması ilə həyata keçirilirdi. Bəzi yarmarkalarda müxtəlif məhsul­ların keyfiyyəti üçün standart tələblər qoyulmuşdu, sonra isə ticarətin təkcə konkret nağd məhsullarla deyil, eyni zamanda nümunələr üzrə alqı-satqı qaydası təşkil olun­du. O dövrün yarmarka ticarəti ciddi hazırlanmış daxili qaydalara əsasən aparı­lır­dı. Məsələn, ingilis tacirlərinin davranış kodeksləri – razılaşmalar tərəflərinin münasi­bət­ləri tənzimləyir, əmtəə müqavilələri, anbar qəbzləri, veksellərin və digər sənədlər üçün standart formaların tətbiqini nəzərdə tuturdu. Öz vəzifəsini yerinə yetirməmiş və məcəlləni pozmuş tacir ticarət birliyindən xaric olunurdu.

Yarmarkalarda münaqişəli vəziyyətlərin və mübahisəli məsələlərin öz həll yolları - yarmarka məhkəməsi var idi. O zaman onu “tozlu ayqqabılı insanların məhkəməsi” adlandırırdılar, çünki iştirakçıları - uzun günlər və aylar yolda olan tacirlər idi. Yarmarka məhkəməsi müasir arbitrajın ilkin forması idi.

Lakin sonradan ticarətin təşkilinin yarmarka forması onun iştirakçılarını təmin etmədi. XVI əsrdə Amerikanın kəşfindən sonra ticarət güclü inkişaf etdi bu isə öz növbəsində Avropada kapitalizmin yaranması və sürətli inkişafına, ticarət yerlərinin, özlüyündə topdansatış mağaza olan birjaların yaranmasına gətirib çıxardı.

“Birja” termininin yaranması barədə bir neçə fikir mövcuddur. Bir fikrə görə bir sıra Avropa ticarət yolarının üstündə yerləşən və bu səbəbdən “xristian xalqlarının dəllalı” adlandırılan Belçika şəhəri Brüggedə ticarət işləri üçün tacirlərin yığışdığı xüsusi bir meydan var idi. Meydan burada olan böyük evin sahibi, böyük makler kontorçusu olan cənab Van de Bursanın adı ilə “de bursa” (de burse), adını daşıyırdı. Firmanın binası üzərində asılmış gerbdəki təsvirdə üç dəri pul kisəsi var idi ki, mənası yerli ləhcədə “the buerse” demək idi. Ola bilsin ki, kontorun sahibi tacirlərin yığışması üçün öz evini onlara verdiyindən belə adı yaranmışdır.

Səciyyəvi cəhətdir ki, ilk birjalar mehmanxanalarda və ya çayxanalarda yerləşir­di,­ sonradan onlar tədricən xüsusi binaya yerləşdilər.

Topdansatış ticarətinin inkişafını nəzərdən keçirsək, təkcə ticarətin təşkil yerinin və onun keçirilmə qaydalarının dəyişdirilməsini deyil, ticarət prosesinin aparılma üsulundakı mühüm dəyişiklikləri görə bilərik. Hər hansı bir adi ticarət- tələb və təklifin bir-biri ilə birləşdirilməsidir, bu birləşməni həyata keçirən metod isə bazar münasibətlərinin inkişaf dərəcəsi haqqında məlumat verir.

Karvan ticarətində biz - bazar kimi ən sadə formanı müşahidə edə bilərik. Ticarət prosesi ən elementar şəkildə təşkil olunub: Oturan satıcılar alıcı gözləyirlər. Belə olan tərzdə tələbat (alıcı) təklifi axtarır, karvan ticarətinin təsadüfiliyi və qeyri-mütəşəkkilliyi xatırlasaq, bu axtarış uzun müddət gedə bilər.

Yarmarka ticarət tipi əmtəə satışı üzrə müəyyən malların ticarət sıralarının olması ilə fərqlənir. Burada təklif tələbi tutmağa, satıcıların ixtisaslaşmasına–axtarışın sürətləndirilməsinə kömək edir. Lakin bu zaman tərəflərin dəyişməyən rolu vardır. Əməliyyatların həcmi dəfələrlə artan kimi, yarmarka birjaya çevrilməyə başlayır.

Birjanı fərqləndirir: [34, s.7]



  • Tələb və təklifin görüşünün aniliyi;

  • Rolların dəyişilməsi;

  • Sazişin bağlanması prosesinin kəskin sürətləndirilməsi.

Qeyd edildiyi kimi birja həmçinin mütəşəkkil bazarının növlərindən biridir. Təşkil olunmuş ətməə bazarı müəyyən edilmiş qaydalara əsasən satıcı və alıcıların ticarət əməliyyatlarının həyata keçirilməsi üçün toplaşma yeridir. Belə bazarların bütün növləri üçün bir sıra ümumi cəhətlər xarakterikdir:

Hərracların keçirilməsi üçün ciddi şəkildə müəyyən olunmuş qaydalar;

Ticarət əməliyyatlarının həyata keçirilməsində açıqlıq;

Avadanlıqlarla təchiz edilmiş anbar, ofis binalarının, ticarət meydanlarının mövcudluğu;




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin