NƏTİCƏ VƏ TƏKLİFLƏR
Ayrı-ayrı ölkələr üzrə qiymətləndirmədə əhəmiyyətli fərqlərin olmasına baxmayaraq ümumdünya gerçək geoloji neft ehtiyatlarının ümumilikdə davamlı artması müşahidə olunur.
Digər səbəb isə inkişaf etməkdə olan neft ixracatçıları ölkələrinin (OPEK üzvlərinin) dünya neft ehtiyatlarının əsas hissəsinə sahib olduqlarından vəziyyətdən istifadə etmək istəyi ilə izah olunmalıdır. Dünyanın aparıcı ölkələri, xüsusilə də inkişaf etmiş ölkələr energetika inkişaf konsepsiyasına yenidən baxmağa məcbur olurlar.
Məhz neft bazarının çox faktorluğu oyun qaydalarına riayət edərək iştirakçılarını çevik sistemdən istifadə etməyə vadar edir.
Neft və neft məhsulları ilə spot ticarəti adətən Rotterdamla assosiasiya olunur. Burada iri emal gücləri, anbarlar və paylayıcı sistemlər cəmləşmişdir.
Neft və neft məhsulları üzrə dünya bazarı özlüyündə çox incə və həssas bir sistemdir. Onun «ruhu» bir çox amillərdən asılıdır: mövsümi, siyasi, iqtisadi, regional, tanker donanması ilə əlaqədar yaranan vəziyyət və s. O, eyni zamanda kifayət qədər yaxşı təşkil olunmuşdur, özünəməxsus xüsusiyyətləri və öz oyun qaydaları vardır.
Rusiya birjalarinda neft məhsullarının yalnız kiçik bir hissəsi satılır. Bundan başqa, birjalarda əsasən, daxili bazara daxil olan məhsullar satılır.
Həyata keçirilən uğurlu strategiyanın davamı olaraq neft gəlirindən gələn gəlirlərlə iqtisadiyyatın şaxələndirilməsinin əsas hədəfi oldu. Əldə edilən vəsaitlər əhalinin sosial rifahını yaxşılaşdırılması, neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində neftdən kənar sahələrin inkişafına yeni iqtisadi layihələrin reallaşdırılmasına xərcləndirildi.
Qeyd etmək lazımdır ki, BP şirkəti Azərbaycan neft sektorunda ən əsas rol oynayıb. İlk böyük layihədə “Azəri-Çıraq-Günəşli” və Şahdəniz yataqlarında həmdə operator rolunu oynayır. Həmin məsələdə neft sektoru Azərbaycanın iqtisadiyyatının formalaşmasında əsas amillərdəndir. Buna görədə BP özündə Azərbaycan iqtisadiyyatında böyük yer tutur.
Müstəqillik əldə etdikdən sonra, yenidənqurma və dəyişiklik prosesinə qoşulması ilə birlikdə neft hasilatının azaldığı Azərbaycanda, «Əsrin Müqaviləsi»ndən sonar atılan addımlar, aparılan fəaliyyətlər nəticəsində neft hasilatı yenidən artmağa başladı.
Birjanın təsərrüfat münasibətləri sistemində rolu oxşar şəkildə praktiki olaraq müxtəlif tarixi dövrlərdə meydana gəlir və qanunauyğunluqlar xüsusiyyətinə malikdir. Bu məqsədə nail olmaq üçün, tədqiqatın əsas vəzifələri olaraq aşağıdakılar müəyyənləşdirilmişdir:
Beynəlxalq birja ticarətinin formalaşması amilləri və resllaşma fəaliyyətinin səciyyəvi cəhətləri;
-
beynəlxalq birja ticarətinin məqsədi, vəzifələri və praktiki xüsusiyyətlərinin qiymətləndirilməsi;
-
dünya ticarətində birjaların yeri və rolu kimi aktual məsələləri;
-
dünya neft və neft məhsulları bazarı ilə bağlı problemlərə toxunulması;
-
dünya neft və neft məhsulları ticarətinin müasir vəziyyətindən, beynəlxalq neft birjalarında kommersiya sövdələşmə və beynəlxalq neft karteli OPEK-in dunya neft birjalarındakı qiymət dəyişmələrinə təsirini göstərmək;
-
beynəlxalq birjalarda Azərbaycan nefti və neft məhsulları ticarətinin vəziyyəti və onun inkişafının meyllərini göstərmək;
-
Azərbaycanın karbohidrogen resursları potensialı və milli neft strategiyası məsələləri;
-
Azərbaycan neft və neft məhsullarının beynəlxalq birjalarda ticarətinin inkişaf perspektivləri araşdırılması.
Dostları ilə paylaş: |