Magistratura məRKƏZİ


Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri



Yüklə 0,64 Mb.
səhifə26/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
shirinov ilkin

3.3 Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri.

Azərbaycan Respublikası Prezdenti cənab Ilham Əliyevin dediyi kimi “Bizə çoxşaxəli iqtisadiyyat – yalnız nefdən və neftin qiymətlərindən aslı olmayan iqtisadiyyat lazımdır” Göstərilən uyğunsuzluqların aradan qaldırılmasını və iqtisadi tarazlıqın yaradılmasının bərpa olunmasının əsas vasitələrindən biri məhz investisiyalar və onlardan səmərəli istifadədir. Investisiyalarla bağlı digər mühüm məsələ böyük miqyaslı investisyalardan adekvat iqtisadi səmərə əldə edilməməsidir. sənaye üzrə bir manat investisiyaya görə əldə edilən mənfəət normativlə müqayiədə on dəfələrlə azdır.

Hazırda ölkə iqtisadiyyatına qoyulan investisiya məbləginin ildən ilə artması onu tələb edir ki, müxtəlif mənbələrdən olan investisiyalardan səmərəli istifadə etmək lazımdır. Belə ki, investisiya axınının ölkə iqtisadiyyatına cəlb edilməsi çox mühüm əməliyyat kəsb edir. Bu investisiyalar içərisində xarici investisiyaların 1991-ci ildən etibarən məbləği davamlı surətdə artmışdır. Belə ki, 1991-ci ildə 22 mln. ABŞ doları-USD, 1995-ci ildə 375.1 mln. USD, 1998-ci ildə 1212 mln. USD, 2000-ci ildə 927 mln USD, 2002-ci ildə 2234,9 mln USD, 2005-ci ildə 4893,2 mln USD, 2008-ci ildə 6847,4 mln USD, 2010-cu ildə 3037 mln USD və 2012-ci ildə 4162 mln USD investisiya təşkil etmişdir.

Xarici investisiyaların Azərbaycan iqtisadiyyatına yönləndilməsində beynəlxalq və regional iqtisadi təşkilatlarla yanaşı respublika fəaliyyət göstərən xarici investisiyalı təşkilatlar, firmalar, onların nümayəndəlikləri və s. qurumlar da böyük rol oynayır. 2012-ci ilin əvvələrində bu mənbələrdən respublika iqtisadiyyatına qoyulan sərmayelərin məbləği 250 mln. USD çox olmuşdur. Bütövlükdə ölkə iqtisadiyyatına qoyulan birbaşa investisiyaların 123,6%-ni neft-qaz sektoruna, qalan hissəsi isə digər sektorlara yönəldilmişdir.

Birbaşa xarici investisiaların strukdurundan göründüyü kimi, strateji məqsədlər və gələcəkdə yeni prioritet sahələrin yaradılması üçün hazırda xarici kapitalın imkanlarından lazımınca istifadə olunmur. Mütləq deyil ki, müxtəlif sahələrin investisiyaya olan təlabatı birbaşa investisiyalar hesabına ödənilsin. Bunun üçün digər mənbələrdən də səmərəli istifadə olunmalıdır. Respublikamızda qeyri-kredit investisiyaların əksər hissəsi neft sektoruna yönəlirsə, digər sahələrdən olan tikintiyə 5,2 %, nəqliyyat və rabitəyə 2,0 % ticarət və xidmət sahələrinə isə 1,2 % vəsait qoyulmuşdur.

Azərbaycan Respublikası Prezdenti cənab Ilham Əliyevin dediyi kimi “Bizə çoxşaxəli iqtisadiyyat – yalnız nefdən və neftin qiymətlərindən aslı olmayan iqtisadiyyat lazımdır” Göstərilən uyğunsuzluqların aradan qaldırılmasını və iqtisadi tarazlıqın yaradılmasının bərpa olunmasının əsas vasitələrindən biri məhz investisiyalar və onlardan səmərəli istifadədir. Investisiyalarla bağlı digər mühüm məsələ böyük miqyaslı investisyalardan adekvat iqtisadi səmərə əldə edilməməsidir. sənaye üzrə bir manat investisiyaya görə əldə edilən mənfəət normativlə müqayiədə on dəfələrlə azdır. Illik proqnozların təhlili göstərir ki, 2014-cü ilin sonunlarından etibarən neftin qiyməti dünya bazarında azalmaqa doğru gedir. Bu səbəbdəndə dövlət tərəfindən yeni iqtisadi strategiyalar hazırlanıb ölkəni nefdən aslı olmayan iqtisadiyyatı şaxələndirib inkişaf etdirmək məsələsi ön plana çəkildi. Dünya maliyyə böhranının dərinləşməsi şəraitində Azərbaycanın davamlı inkişafının təmin olunmasında iqtisadiyyatın şaxələndirilməsi , qeyri-neft sektorunun inkişafını həlledici rol oynayacaqdır. Son beş ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur, ÜDM-də bu sektorun xüsusi çəkisi 69,9 % çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son 12 ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələnməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. Iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün inkişaf proqramları əsasında kiçik və orta sahibkarılğın dəstəklənməsinə, bu sahədə məşğul olanlara gözəştli kreditlərin ayrılmasına, kənd təsərüfatına subsudiyaların yönəldilmsinə, ölkə ərazisində nəqliyyat komnukasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar bu sahədə iqtisadiyyatın canlanmasında səbəb olmuşdur. Hazırda ölkə ərazisində istehsal olunan qeyri-neft məhsulları müxtəlif regionlara ixrac olunur. Bazar iqtisadiyyatına keçidi uğurla başa çatdıran ölkəmiz təbii resuslardan məqsədli şəkildə istifadə edərək ölkənin iqtisadiyyatını şaxələndirmək və nefdən aslılıqı minumuma endirmək məqsədinə yiyələnməkdədir. Bu sahə nəticəsində ölkəmizdə tikinti, kənd təsərüfatı, turizim, nəqliyyat, informasiya və komnukasiya texnologiyaları sektorunda davamlı artım tendensiyası davam edir. Bu tendensiyanın nəticəsidir ki, son on iki ildə ölkəmizdə yeni-yeni iş yeri yaradılmışdır ki, bununda böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial –iqtisadi inkişafının yekunlarlna və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, “Bizim uğurlarımız, doğurudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədərdə də müsbətə doğru dəyişməyib, ölkənin iqtisadiyyatı inkişaf edir. Bax indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğurudan da tarixi nailiyyətdir. Beləliklə 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük”

2015-ci ilin statistik yanvar-iyun aylarının göstəricilərinə görə 26 milyard 256,1 milyon manatlıq ÜDM istehsal olunub ki, bununda 17 milyard 568,1 milyon manatı qeyri-neft sektorunun payına düşür.

2014-cü il “Sənaye ili” elan edilməsi və bununla bağlı təstiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də surətli inkişafına səbəb olmuşdur. Onu qeyd etmək lazımdır ki, 2015 ci ilin ilk yarım illiyində 3 milyard 669,4 milyon manatlıq qeyri sənaye malları istehsal olunmuşdur. Ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü tədbirlərin nəticəsidir.

İnvestisiya mühitinin yaxşılaşdırılması həyata keçirilən tədbirlərlə yanaşı, ölkənin investisicini təşfiqidə mühüm tədbirlər sırasında olmalıdır. Ölkənin investisiya potensialının təşviqi və prioritet sahələrə birbaşa xarici investisyaların cəlbi məqsədi ilə müntəzəm olaraq ölkədə və xaricdə biznes formlarının və digər işgüzar tədbirlərin təşkilil edilir. Investisiya yönümlü mötəbər beynəlxalq tədbirlərdə iştirakın genişləndirilməsi aparılır. Ölkənin iqtisadi potensialını, təbii resuslarını, investisiya mühitini, imkanlarını və lahiyələrini, o cümlədən ölkədəki prioritet sahələri təşviq edən təşviqat materiallarının və elektron resusların hazırlanması və yayılması, ixtisaslaşmış mötəbər beynəlxalq KİV-lərdə ölkənin təşfiqi aparılmışdır.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin