MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə124/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   120   121   122   123   124   125   126   127   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



110 

mövcuddur (R.S.Nemov). 



Ünsiyyətin  məzmunu  dedikdə  fərdi  təmas  zamanı  bir 

insandan  digərinə  ötürülən  inıormasiya  nəzərdə  tutulur.  Məhz 

öz  məzmunundan  asılı  olaraq  insanların  ünsiyyəti  müxtəlif 

xarakter daĢıya və fərqlənə bilir. 

Ünsiyyətin məzmununu, hər Ģeydən əvvəl, insanın daxili 

motivasiya  və  emosianal  vəziyyəti  haqqında  məlumat  təĢkil 

edə  bilər.  Bu  zaman  insanlar  bir-birinə  mövcud  tələbatları, 

emosional  vəziyyətləri  (razılıq,  narazılıq,  sevinc,  kədər,  qəm, 

əzab  və  s.)  haqqında  məlumatları  çatdırır  ki,  bu  cür 

informasiyalar 

bir 

adamdan 


baĢqalarına 

ötürülməklə 

Ģəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. 

Ünsiyyətin məzmunu ətraf mühit, orada baĢ verən hadisələr haq-

qında  məlumatlardan  da  ibarət  ola  bilər.  Bu  zaman  ünsiyyətdə  olan 

insanlar  bir-birlərinə  mövcud  təhlükə,  həyati  əhəmiyyətə  malik  olan 

amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, 

insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən 

ibarətdir.  Bu  baxımdan  insanların  ünsiyyətə  girməsinin  məqsədi  geniĢ 

və  çox  sahəlidir.  Ġnsanların  ünsiyyətə  girmə  məqsədinə  onların  dünya, 

təlim  və tərbiyə, Ģəxsi  və iĢgüzar qarĢılıqlı əlaqələrin  yaradılması və s. 

haqqında  obyektiv  məlumatın  verilməsi  və  ya  alınmasını  daxil  edirlər 

(R.S.Nemov). 

Ġnsanda  ünsiyyətin  vasitələri  ünsiyyət  zamanı  ötürülən  informa-

siyaların  kodlaĢdırılmasında,  ötürülməsində,  iĢləmə  və  açılmasında 

özünü göstərir. 

Ġnformasiyaların kodlaĢdırılması onun bir canlı varlıqdan 

digərinə  ötürülmə  tərzindən  ibarətdir.  Ġnformasiya  insanlar 

tərəfindən  müəyyən  məsafədən,  hiss  üzvləri  vasitəsilə  ötürülə 

və  qavranıla  bilir.  Ġnsanda  dil  və  baĢqa  iĢarələr  sistemi 

vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. 


Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin