MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə273/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   269   270   271   272   273   274   275   276   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

207 


bunu  «sadəlövh  subyekt»  adlandırır.  Cavab  verilməyə 

baĢlananda  birinci  6  nəfər  qəsdən  xətləri  səhv  qiymətləndirir. 

Onlardan sonra cavab verən  «sadəlövh  subyektlərin»  bir çoxu 

da xətləri onların təsiri altında qiymətləndirməyə baĢlayırlar.  

S.AĢın  tədqiqatları  komformizmin  baĢqa  bir  maraqlı 

cəhətini də aĢkara çıxarmıĢdır. Məlum olmuĢdur ki, «sadəlövh 

subyektin»  qrup  təzyiqi  effekti  düzəltmə  qrup  üzvlərinin 

miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuĢdur ki, əgər 

təcrübədə sınanan Ģəxsdən baĢqa «düzəltmə qrup» kimi yalnız 

bir  nəfər  iĢtirak  edirsə,  qrup  «təzyiqi»  effekti,  demək  olar  ki, 

təzahür etmir; əgər sınanan Ģəxs iki nəfərdən ibarət qrupun rəyi 

ilə  rastlaĢırsa,  qrup  «təzyiqi»  effekti  çox  cüzi  olur.  Düzəltmə 

qrup  3  nəfərdən  ibarət  olduqda,  müvafiq  effekt  tam  aydınlığı 

ilə  təzahür  edir.  Düzəltmə  qrup  üzvlərinin  sayının  daha  da 

artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.  

ġəxsiyyətin  qrup  «təzyiqinə»,  fikrinə  tabe  olması  daxili 

və  ya  xarici  xarakter  daĢıya  bilir.  Xarici  konformluq  zamanı 

qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə 

qayıdır.  Daxili  konformluq  zamanı  isə  qrup  təzyiqi  aradan 

çıxdıqdan  sonra  da  fərd  qrupun  mövqeyini  saxlayır.  BaĢqa 

sözlə  həmin  konformluq  zamanı  fərdin  daxili  mövqeyi  ilə 

xarici  təzyiq  arasında  ixtilaf  olmur.  Ona  görə  də  bu  cür 

konformluğu  bir  növ  qrupdaxili  təlqin  adlandırmaq  müm-

kündür.  

Təcrübə göstərir ki,  qrup üzvləri  arasında konformizmin 

əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd 

qrupun  təzyiqinə  müxtəlif  formalarda  müqavimət  göstərir,  bir 

növ  neqativ  mövqe  tutur.  Fərdin  nə  olursa  olsun  əksəriyyətin 

fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks 

çıxması  nonkonformizm  adlanır.  Nonkonformizm  bir  növ 

«neqativizm»  anlayıĢına  sinonim,  «konformluq»  anlayıĢına 

antonimdir.  




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin