www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
211
aĢağı qiymətləndirir. Bu cür rəhbərlər qrup üzvlərinin
təĢəbbüslərini boğur, ya da sadəcə olaraq onlardan istifadə
etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər Ģeyi
özləri bilirlər», onsuz da heç kim bu iĢi onun kimi yaxĢı yerinə
yetirə bilməz. Məhz buna görə də bu cür qruplarda qrup
üzvlərinin hamısında ümumi iĢə qarĢı məsuliyyət hissi
zəifləmiĢ olur, əmək onlar üçün sanki formal bir iĢə, vəziyyətə
çevrilir.
Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən
kiminsə müəyyən səhvə yol verdiyini gördükdə onu necə
düzəltməyi məsləhət görmək əvəzinə ona gülür, onu ələ salır.
Avtoritar lider iĢtirak etmədikdə onun qrupunda aparılan iĢ
ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmiĢdir
ki, avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri iĢi kənara
qoymuĢ, onu davam etdirməmiĢ, ya da fəaliyyətin səviyyəsi
kəskin Ģəkildə aĢağı düĢmüĢdür. Bu cür lider uzun müddət
qrupdan uzaq düĢdükdə qrup öz iĢini müstəqil yerinə yetirmək
və ya onu səmərəli təĢkil etmək imkanından məhrum olmuĢdur.
Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik
olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarĢılanır. Bu cür
rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə
razılaĢır. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini
nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz
fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim
etməklə məhdudlaĢdırmır, onların tərbiyəsi və təliminə də ciddi
diqqət yetirir. Demokratik rəhbərlik hslubuna malik olan
liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.
AparılmıĢ müĢahidə və tədqiqatlar göstərmiĢdir ki,
laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə
ynsiyyəti kortəbii xarakter daĢıyır. Çox vaxt onların arasında
yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur. Bu cür
liderlər qrupa müəyyən tapĢırıqlar verməklə məhdudlaĢır, onun
necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər. Laqeyd
rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin iĢinə qarıĢmamağa çalıĢır,
|