www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
48
48
öz əyriliyini dəyiĢir. Məsələn, yaxında olan cisimlərə
baxdıqda əzələ yığılması baĢ verir və nəticədə göz büllurunun
gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq
olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baĢ
verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini
düzgün qavramağa imkan yaradır. Adətən, yaĢ artdıqca büllur
cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkiĢaf edir. Ona görə
də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim
gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır.
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə
düĢməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya
vəziyyəti görmə oxlarının müvafiq qovuĢma dərəcəsini tələb
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə
oxunun bu və ya digər kəsiĢməsinə uyğun gəlir. Bunlar
olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Dostları ilə paylaş: |