www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
39
onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli
məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında»,
«Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri
təlim psixologiyası, nitq inkiĢafı sahəsində SSRĠ-də aparılan ən
uğurlu tədqiqatlardan hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında,
psixoloji fikrin inkiĢafı və təĢəkkülündə Əhməd Kərədi
Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini baĢa vurduqdan sonra Bakıya gəlmiĢ,
1922-1960-cı illərdə V.Ġ.Lenin adına APĠ-də dərs demiĢ,
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmiĢdir.
1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə
Ģöbəsində çalıĢmıĢdır.
1933-cü ildə V.Ġ. Lenin adına APĠ-nin nəzdində
aspirantura Ģöbəsi açılır. Bu Ģöbənin yaradılmasıyla
psixologiya üzrə kadr hazırlığında da bir dönüĢ yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-
lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-
mikalar baĢladı. Qeyd etmək istərdik ki, SSRĠ miqyasında
gedən proseslər eynilə Azərbaycanda da baĢ verirdi. Bununla
bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji
elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist
mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu
nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və
psixoloqlarının (X. Fikrət, Mühiddin, Ġ. Hikmət, T. Tofiq, N.
Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi
isə rus pedaqoji fikrindən tərcümə edilmiĢ əsərlərdən milli
pedaqoji fikrə keçirdi.
Ġntellektual mübahisələr çox zaman bir-birinə qara yax-
maqla baĢa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də,
yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan
|