şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada
bilməsidir. Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin
gümrahlığı, həyatsevərliyi, kifayət qədər canlılığı ilə
fərqlənirlər. Nə olursa olsun, müəllim həmiĢə nikbin,
arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna
görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi
bacarmalıdır.
2. Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları
Ģagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uĢaqların
səviyyələrinə uyğunlaĢdırmaqla onlara çatdırmaq, material və
ya problemi aydın və ya anlaĢıqlı Ģəkildə Ģagirdlərə təqdim
etmək, fənnə qarĢı maraq oyatmaq, Ģagirdlərdə fəal müstəqil
fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya
konkret olaraq müəllimin izah edə bilmək qabiliyyətini,
ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri
(akademik qabiliyyət) aid etmək olar.
Dostları ilə paylaş: |