www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
110
mövcuddur (R.S.Nemov).
Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir
insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz
öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif
xarakter daĢıya və fərqlənə bilir.
Ünsiyyətin məzmununu, hər Ģeydən əvvəl, insanın daxili
motivasiya və emosianal vəziyyəti haqqında məlumat təĢkil
edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları,
emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm,
əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür
informasiyalar
bir
adamdan
baĢqalarına
ötürülməklə
Ģəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baĢ verən hadisələr haq-
qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan
insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan
amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə,
insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən
ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniĢ
və çox sahəlidir. Ġnsanların ünsiyyətə girmə məqsədinə onların dünya,
təlim və tərbiyə, Ģəxsi və iĢgüzar qarĢılıqlı əlaqələrin yaradılması və s.
haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər
(R.S.Nemov).
Ġnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informa-
siyaların kodlaĢdırılmasında, ötürülməsində, iĢləmə və açılmasında
özünü göstərir.
Ġnformasiyaların kodlaĢdırılması onun bir canlı varlıqdan
digərinə ötürülmə tərzindən ibarətdir. Ġnformasiya insanlar
tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə
və qavranıla bilir. Ġnsanda dil və baĢqa iĢarələr sistemi
vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.
Dostları ilə paylaş: |