MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə125/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   121   122   123   124   125   126   127   128   ...   884
Ünsiyyətin  növləri.  Ünsiyyət  çoxcəhətli,  çoxplanlı  bir 

prosesdir.  Onun  özünəməxsus  növləri  də  vardır.  Hər  Ģeydən 

əvvəl,  psixoloji  ədəbiyyatda  məzmunu,  məqsədi  və 

vasitələrindən  asılı  olaraq  ünsiyyətin  bir  sıra  növləri  qeyd 

olunur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

111 


Məzmunundan   asılı olaraq ünsiyyətin  aĢağıdakı növlə-

rini  göstərə  bilərik:    maddi  ünsiyyət  (əĢyalar  və  fəaliyyət 

məhsullarının  mübadiləsi  yolu  ilə);  koqnitiv  ünsiyyət  (bilik 

mübadiləsi);  kondision  ünsiyyət  (psixi  və  fizioloji  vəziyyətin 

mübadiləsi);  motivlərlə  bağlı  ünsiyyət  (təhriklərin,  motivlərin, 

maraqların,  tələbatların  mübadiləsi);  iĢgüzar  fəaliyyətlə  bağlı 

ünsiyyət (iĢ, əməliyyat, bacarıq və vərdiĢlərin mübadiləsi). 

 Məqsəddən  asılı  olaraq  psixoloqlar  ünsiyyətin  bioloji  və  sosial 

növlərini  qeyd  edirlər.  Bioloji  ünsiyyət  orqanizmi  mühafizə  etmək, 

qorumaq,  saxlamaq  və  inkiĢaf        etdirməklə  bağlı  ünsiyyətdir.  Sosial 

ünsiyyətə  gəldikdə  o,  Ģəxsiyyətlərarası  təması,  münasibətləri  yaratmaq 

və  inkiĢaf  etdirmək,  fərdin  Ģəxsi  yüksəliĢini  geniĢləndirmək  və 

möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  

vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. 

Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan Ģəxsi 

təması  və  ünsiyyətdə  olan  adamların  bir-birini  bilavasitə  ünsiyyət 

aktında qavramasını nəzərdə tutur.  

Vasitəli  ünsiyyətə  gəldikdə  o,  vasitəçilərin  köməyi  ilə  həyata 

keçirilən  ünsiyyətdir.  Adətən,  çox  vaxt  partnyorlar  zaman  və  məkanca 

bir-birlərindən  təcrid  olunduqda  vasitəli  ünsiyyət  özünə  yer  edir.  Bu 

zaman  ünsiyyət  aləti  kimi  partnyorlar  arasında  onları  bir-biri  ilə 

əlaqələndirən  vasitəçidən    istifadə  olunur.  Bunlara  əĢyaları,  qeydləri, 

kitabları,  mədəniyyət  obyektlərini,  vasitəçilik  edən  üçüncü  Ģəxsi, 

mümkün  olan  hər  hansı  vasitəni:  telefonu,  radionu,  televizoru, 

kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin 

daha  mütərəqqi  formalarının  aĢkara  çıxmasına  səbəb  olmuĢdur. 

Məsələn,  qlobal  internet  sistemi  istədiyin  adamla  əlaqə  yaratmağa, 

maraqlandığın  mövzuda  məlumatları  əldə  etmək  üçün  ünsiyyətə 

girməyə imkan  verir. Müasir texniki ünsiyyət vasitələri  ictimai həyatın 

bir çox sahələrində müvafiq məsələləri daha səmərəli Ģəkildə həll etmək 

imkanı yaradır. 

Ünsiyyət  vasitələrindən  asılı  olaraq  ünsiyyətin  verbal  və  qeyri 



verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə 

bəhs olunacaqdır).    




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin