Hərəkət qavrayıĢı. Hərəkət qavrayıĢı həm məkan,
həm də zaman amillərindən - cismin uzaqlığından, onların
yerdəyiĢmə sürətindən, həm də qavrayanın özünün məkanda
hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini
bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini
müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq
surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin
qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır.
Belə ki, görmə, hərəkət, eĢitmə analizatorları hərəkətin
qavranılmasında iĢtirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və
xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi
(əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti
(aĢağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət),
sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq
qavrayıĢın iki növü mövcuddur:
Dostları ilə paylaş: |