Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin
yaradılması prosesidir. Mövcud olmuĢ, yaxud mövcud olan,
lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamıĢ
obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına
bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət
təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarĢısında,
yəni təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin,
ərazinin obrazı yaranır. Həndəsədə fiqurların fəzada
vəziyyətinə aid teoremanın Ģərtlərində verilən faktlara əsasən
biz onun obrazını təxəyyülümüzdə yarada bilməsək,
teoremanı isbat etmək olmaz. ġagird tarix, coğrafiya fənnləri
ilə bağlı materialları öyrənərkən, beləcə, dərslikdə verilən
|