Hisslərin keçirilmə formaları. Əhvallar, affektlər, stress (gər
ginlik), frustrasiya hisslərin əsas keçirilmə formaları kimi.
Ali hisslər. Əxlaqi, intellektual, estetik və praksis hisslərin
xarakteristikası.
IV.13.1. Hisslər haqqında anlayıĢ
Ġnsan ətraf aləmdə baĢ verən hadisələri yalnız duyub
qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk
etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan
idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir,
hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini
bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır.
|