MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə460/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   456   457   458   459   460   461   462   463   ...   884
Estetik  hisslər.  Ġnsanın  estetik  hisslərinin  obyektini 

ətraf  aləmin  cisim  və  hadisələri,  təbiət  gözəllikləri,  insan 

yaradıcılığının  bədii  məhsulları,  musiqi,  baĢqa  adamların, 

eləcə də Ģəxsin özünün rəftar və davranıĢı ola bilər. Füsünkar 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

132 



132 

təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar 

musiqi  və  s.  insanda  estetik  hisslər  doğurur.  Estetik  hisslərə 

insan  ictimai  təcrübəni  mənimsəməklə  yiyələnmiĢdir.  Ġnsan 

üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.         

Psixoterapiyada  məhz  insanın  estetik  hisslərinə  təsir 

göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə 

çalıĢırlar.  Bu  mənada  musiqi  terapiya,  art  terapiya  və 

naturapsixoterapiyada  musiqi,  incəsənət  əsərləri  və  təbiət 

gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli 

estetik  hisslər  insan  Ģəxsiyyətinin  həm  mənəvi,  həm  də  psixi 

sağlamlığının  əsas  Ģərtini  təĢkil  edir.  Vaxtılə  Aristotel 

incəsənət  əsərlərinin  qavranılmasının  insanın  psixoloji  və 

fizioloji  vəziyyətinə  müsbət  təsirini  qeyd  etmiĢ  və  bu  halı 

«təmizlənmə» (katarsis) adlandırmıĢdır. 

Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə 

orqanizmin  funksiyasını  aktivləĢdirir,  bədəni  gümrah  edir. 

Yumor,  satira,  təbəssüm,  gülüĢ,  həzz,  heyran,  həsəd  və  s. 

estetik hisslər hesab olunur. Ġnsan hisslərin köməyi ilə ətrafda 

baĢ  verən  hadisələrə  münasibətini  bildirir,  baĢqaları  ilə 

qarĢılıqlı  münasibətini  tənzimləyir,  həm  də  özünün  psixoloji 

sağlamlığını  təmin  etməyə  cəhd  göstərir.  Ġnsanın  estetik 

hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüĢü və 

yaĢadığı sosial mühit də təsir göstərir. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin