www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
188
188
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün
zəruri olan Ģəxsi pedaqoji qabiliyyətlər (müĢahidəçilik,
uĢaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik,
nəzəri); təĢkilati-kommunikativ qabiliyyətlər (təĢkilatçılıq,
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik)
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara
hüsn rəğbət bəsləmək, müĢahidəçilik, pedaqoji mərifət, izah
edə bilmək, təĢkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə
(natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji
qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu
cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi
qabiliyyətlərin strukturuna estetik hisslərin inkiĢafı, əyani
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss
etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən
bilmək və s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir.
Dostları ilə paylaş: