www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
190
190
Bu
proses
qabiliyyətlərin
«ixtisaslaĢması»
prosesidir»
20
.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti mü-
vəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi
qabiliyyətlərin qarĢılıqlı əlaqəsi və qarĢılıqlı təsiri zəruridir.
Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır.
Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində,
tutaq ki, poetik qavrayıĢ əsas rol oynadığı halda, baĢqa bir
mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə
bilər.
Talant qabiliyyətlərin inkiĢaf mərhələsi kimi. Əksər
psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkiĢaf
mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə
birliyidir ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti mü-
vəffəqiyyətlə, müstəqil və orijinal Ģəkildə yerinə yetirmək
imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri
əldə etməyə imkan verən, həmin nailiyyətlərdə təzahür edən
yüksək inkiĢaf mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda
yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız
imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla
onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi
məhsulun əldə edilməsi arasında bərabərlik iĢarəsi qoymaq
olmaz. Bu sahədə tədqiqat aparmıĢ psixoloqların (A.V.
Petroviski, M.Q. YaroĢevski) fikrincə özünün tam dəyərli
inkiĢafı üçün hansı istedadın daha əlveriĢli Ģərait əldə etməsi
dövrün tələbatından və dövlət qarĢısında duran konkret
məsələlərin xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə
sərkərdəlik talantı, dinc dövrdə mühəndis, konstruktor və s.
talantı daha sürətlə inkiĢaf edir.
Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər
kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən
yüksək inkiĢaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə
Dostları ilə paylaş: |