www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
214
214
aĢağıdakı Ģəkildə qruplaĢdırmaq olar: təşkiledici, prosedur,
qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsi ilə
bağlı metodlar. Təşkiledici metodlara məqsəd, məzmun,
aparılan tədqiqatın strukturu və təĢkili, onların tərkibi və
hazırlıq aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq
tədqiqatın, eləcə də onun hissələrinin həyata keçirilmə forması
aiddir. Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin
psixoloji-pedaqoji
qiymətləndirilməsi
yolları
daxildir.
Faktların toplanması və iĢlənməsi üçün tətbiq olunan
metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri
məlumatlar əldə edilir. Əldə edilmiĢ faktların iĢlənməsi üçün
tətbiq olunan metodların köməyi ilə müvafiq nəzəri və praktik
psixoloji-pedaqoji nəticələr və tövsiyyələr irəli sürmək müm-
kün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daĢıyan metodlarla
yanaĢı elə metodlar da vardır ki, onların köməyi ilə uĢaqlara
birbaĢa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür
metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar.
Psixoloji məsləhət adi söhbət Ģəklində Ģagirdlə, onun
valideynləri və ya onun təlim-tərbiyəsi ilə məĢğul olan
adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq
psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı Ģəxsə
bilavasitə psixoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi
yer verilir. Əldə edilmiĢ nəticələrin taleyi və səmərəliliyi
psixoloji-pedaqoji eksperimentin düzgün təĢkili və aparıl-
masından asılıdır. Psixoloji-pedaqoji eksperimentin nəticə-
sinin etibarlılığı üçün bir sıra Ģərtlərə əməl olunmalıdır. Hər
Ģeydən əvvəl, nəticələrdə səhvlərə yol verməmək üçün
eksperimentin təĢkili məntiqi əvvəlcədən düĢünülməlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci
xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla
bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uĢaqların yaĢına
uyğunlaĢdırılmalıdır.
|