MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə654/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   650   651   652   653   654   655   656   657   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

280 



280 

prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alın-

ması  zəruri  olan  bir  tələb-Ģagirdin  davranıĢına  qiymət 

verərkən  onun  motivini  müəyyənləĢdirmək  tələbi  meydana 

çıxır.  Psixoloji  tədqiqatlar  sübut  etmiĢdir  ki,  motivdən  asılı 

olaraq  eyni  fəaliyyət  nəticəsində  Ģagirdlərdə  müxtəlif  əxlaqi 

keyfiyyətlər formalaĢa bilər. 

Bu  cəhəti  nəzərə  alaraq  psixoloji  ədəbiyyatda  belə  bir 

müddəa  irəli  sürülür  ki,  tərbiyə  iĢində  baĢlıca  cəhət  düzgün 

davranıĢ  motivlərinin  yaranmasına,  əməli  iĢdə  əsas 

tutulmasına  və  bütün  oxĢar  situasiyalarda  Ģagirdin  eyni 

dərəcədə əxlaqi davranmasına nail olmaqdır. 

Tərbiyə  prosesində  müvəffəqiyyət  qazanmaq  üçün 

tərbiyəvi  tədbirin  tətbiq  edildiyi  konkret  Ģəraitin  nəzərə 

alınması  da  həlledici  əhəmiyyətə  malikdir.  Adətən,  konkret 

Ģərait  nəzərə  alınmadan  tətbiq  olunan  Ģablon  tərbiyəvi  tədbir 

istənilən  nəticəni  vermir,  bəzən  hətta  mənfi  təsir  göstərir. 

Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada 

müəllimin  pedaqoji  təxəyyülü  iĢtirak  etsin.  Belə  olduqda 

müəllim konkret Ģəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə 

kimi  nəticə  verəcəyini  qabaqcadan  görə  bilir.  Ona  görə  də 

daha  səmərəli,  Ģəraitə  daha  uyğun  tərbiyəvi  tədbirin  həyata 

keçirilməsi mümkün olur. 

Bununla  əlaqədar  olaraq  tərbiyə  iĢini  düzgün  təĢkil 

etmək üçün “ĠnkiĢafın sosial Ģəraitinin” (L.S.Vıqotski) nəzərə 

alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz 

Ģagirdlərinin  inkiĢafının  sosial  Ģəraitini  aĢkara  çıxarmalı, 

tərbiyə iĢini ona uyğunlaĢdırmalıdır. 

Tərbiyəçi  uĢağın  inkiĢafının  sosial  Ģəraitini  öyrənmək 

üçün  ilk  növbədə  onun  yaĢadığı  obyektiv  Ģəraitlər  sistemini, 

digər  tərəfdən  onun  həmin  Ģəraitə  münasibətinin  xarakterini 

aĢkara çıxarmalı və təhlil etməlidir. Bu ona görə zəruridir ki, 

həyat  Ģəraiti  Ģagird  Ģəxsiyyətinin  formalaĢmasını  bilavasitə, 

avtomatik olaraq birbaĢa təyin etmir, o, uĢağın həmin Ģəraitdə 

hansı  qarĢılıqlı  münasibətdə,  qarĢılıqlı  təsir  prosesində  olma-

sından asılıdır. 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   650   651   652   653   654   655   656   657   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin