www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
282
282
deyildir. Ona görə də psixoloqlar tərbiyəvi metodları tətbiq
edərkən aĢağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər:
birincisi, tərbiyə olunan Ģagirdin yaĢ və fərdi xüsusiyyətləri;
ikincisi,
Ģagirdin
daxil
olduğu
uĢaq
kollektivinin
xüsusiyyətləri; üçüncüsü, tərbiyəvi tədbirin həyata keçirildiyi
konkret Ģərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq
edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb
təcrübəsi göstərir ki, heç də tərbiyəçilər, müəllimlər bütün
hallarda tərbiyəvi tədbirlərdən müvafiq Ģəkildə istifadə edə
bilmir, onun düzgün hesab etdiyi tərbiyəvi üsul əksinə mənfi
nəticələr verir. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti
təkcə tərbiyəçinin öz təsirinə hansı məna verməsindən deyil,
eyni zamanda tərbiyə olunanın onu necə, hansı mənada baĢa
düĢməsindən də asılı olur. Psixoloqlar belə bir cəhəti aĢkara
çıxarmıĢlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı, müəllim və
tərbiyəçilər öz təsirlərində bir məna, Ģagird isə tamamilə baĢqa
bir məna görür. YaĢlılarla uĢaqlar arasında baĢ verən bu cür
anlaĢılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür
Dostları ilə paylaş: |