MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə715/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   711   712   713   714   715   716   717   718   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

326 



326 

Ģagird  öyrəndiyini  anlasın,  həm  də  bu  cür  anlama  təkcə 

müəllimin Ģərh etdiyi materialların öyrənilməsi zamanı deyil, 

Ģagirdin  hər  cür  materialı  öyrənməsi  zamanı  səmərəli  yol 

olaraq  qalsın.  Bunun  üçün  isə  materialın  özünün  anlaĢıqlı 

olmasının rolu böyükdür. Lakin bununla yanaĢı olaraq, nəzərə 

almaq  lazımdır  ki,  materialın  anlaĢıqlılığı  mənimsəmə 

subyektindən  asılı  olmayan  təcrid  edilmiĢ  keyfiyyət  deyildir. 

Materialın  anlaĢıqlı  olması  eyni  zamanda  Ģagirdin  həmin 

materialı  anlaması  üçün  zəruri  anlayıĢ  və  iĢlərə  nə  dərəcədə 

yiyələnməsindən  də  asılıdır.  Bununla  yanaĢı  anlaĢıqlılığın 

səviyyəsi də müxtəlif ola bilər. Bütün bunlar müəllimin həmin 

prosesi idarə etməsini tələb edir. 

Təcrübə  göstərir  ki,  bəzən  Ģagird  müəllimin  izahında 

müstəqil  oxuyub  öyrəndiyi  materialda  hər  hansı  bir  cəhəti 

anlamadıqda,  onu  müəllimdən  xəbər  almayıb  baĢa  düĢmədən 

mexaniki  olaraq  öyrənir  ki,  bu  da  biliyin  keyfiyyətinə  mənfi 

təsir  göstərir.  Ona  görə  də  müəllim  öz  Ģagirdlərinə  baĢa 

salmalıdır  ki,  aydın  olmayan,  az  anlaĢılan  məsələlərin 

üstündən  keçməmək,  onları  tamamilə  anlayıb  öyrənmək 

vacibdir.  Ən  düzgün  və  səmərəli  yol  fikirləĢə-fikirləĢə 

öyrənməkdir.  Məhz  buna  görə  də  L.N.Tolstoy  haqlı  olaraq 

yazmıĢdır ki, bilik  yalnız o zaman bilikdir ki, o, təkcə hafizə 

ilə  deyil,  həm  də  adamın  öz  fikirlərinin  gücü  ilə  qazanılmıĢ 

olsun. 

Tədris  materialının  strukturu,  quruluĢu  da  onun 

öyrənilməsinə,  yaxĢı  və  ya  pis  mənimsənilməsinə  öz  təsirini 

göstərir.  Materialın  bu  xüsusiyyəti  onun  anlaĢıqlılığı  ilə  sıx 

bağlıdır.  Materialın  anlaĢıqlılığı  yeni  ilə  köhnə,  məlum 

olmayanla  məlum  olan  arasındakı  əlaqəyə,  materialın 

strukturu  isə  bu  əlaqənin  necə,  hansı  yollarla  yarandığına 

əsasən müəyyən edilir. 

Materialın həcmi də onun mənimsənilməsinə təsir edən 

mühüm  xüsusiyyətlərdəndir.  Materialın  həcmi  dedikdə  ona 

daxil  olan  ünsürlərin  miqdarı  nəzərdə  tutulur.  Mənasız 

materialda  yadda  saxlanılacaq  ünsürlərin  miqdarını  müəy-





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   711   712   713   714   715   716   717   718   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin