www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
325
325
325
325
325
325
325
325
325
qarĢılanmır, əksinə asanlıqla psixoloji doyumluluq yarada
bilirlər. Ümumiyyətlə götürdükdə təlim materialının
əhəmiyyətliliyi qnostik (idraki), praktik (əməli), etik (əxlaqi),
estetik (bədii), sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri
əhatə edir.
Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki,
materialın təkcə öz-özlüyündə əhəmiyyətli olması onun
müvəffəqiyyətlə
mənimsənilməsini
təmin
edə
bilər.
Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material Ģagird
üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına
cavab verməlidir.
Təlim materialının anlaşıqlılığı da onun öyrənilməsinə
təsir edən əsas amillərdəndir. Psixoloqların apardıqları
müĢahidə və eksperimentlər göstərmiĢdir ki, anlaĢıqlılıq
dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə
yanaĢı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və
həmin material uzun muddət yaddan çıxmır. Anlama
öyrənmənin səmərəli yollarından hesab olunur. ġagird
öyrəndiyini anlamalıdır. Materialın mənasını dürüst və
dərindən anlayaraq öyrənmənin mexaniki öyrənmədən fərqli
olduğu Ģübhəsizdir. ġagird dərindən anlayaraq, əsaslı Ģəkildə
düĢünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və
möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmiĢdir ki,
mənanı anlamadan, baĢa düĢmədən materialı mexaniki
öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən
material, mənası anlaĢılaraq öyrənilən materialdan tez
unudulur.
Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual
və suallar sistemi kimi əks olunur. Ġnsanda yaranmıĢ sual nəyi
isə anlamaq tələbatını ifadə edir. Belə sualın cavabı məlum
olduqda anlama dərhal baĢ verir, məlum olmadıqda isə
cavabın fəal Ģəkildə axtarılması və ya anlama prosesinin
yaranması baĢlanır. Anlama yarandıqda öyrənmə də bir o
qədər səmərəli olur. Ona görə də müəllim çalıĢmalıdır ki,
|