VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və
vəzifələri
Psixoloji xidmət anlayıĢı və məktəbə psixoloji xidmətin
zəruriliyi. Ġnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada
psixoloji biliklərin zəruriliyi duyulmasın. Mübaliğəsiz demək
olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və
insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin
tətbiqində görürlər. Ona görə də psixologiya insan haqqında
əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkmiĢdir.
Ġndiki dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran
psixoloji mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki
qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir
müəssisədə ilk baxıĢda hər Ģey öz yerində, öz qaydasında
olduğu halda, nəticə sevindirici olmur: əmək məhsuldarlığı
aĢağı düĢür, qarĢılıqlı münasibətlər pozulur, iĢçi axını baĢlanır.
Yaxud, hər cəhətdən yüksək imkanlara malik hesab edilən
idman kollektivi birdən-birə sanki dəyiĢilir, öz pərəstiĢkarlarını
narahat etməyə baĢlayır və s. Bu kimi hallarda psixoloji iĢin
aparılması, baĢqa sözlə psixoloqun iĢə qarıĢması lazım gəlir
və səmərəli nəticə verir. Deməli, həmin sahələrdə psixoloji
xidmət həyata keçirilmiĢ olur. Məhz bu cür münasibət
tərzindən "psixoloji xidmət" anlayıĢı meydana gəlmiĢ və qeyd
etdiyimiz kimi özünə geniĢ yer etmiĢdir. Məktəbə psixoloji
xidmət də eyni zərurət üzündən meydana gəlmiĢdir. Müasir
məktəbin qarĢısında duran vəzifələri yerinə yetirə bilməsi üçün
psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez Ģagirdlərin
təlimə münasibətlərinin zəifləməsi, tərbiyəlilik səviyyəsinin
aĢağı düĢməsi, müəllim-Ģagird münasibətlərində, eləcə də
|