www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
407
407
407
407
407
407
407
407
407
psixoprofilaktik iĢlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb
edir. Həmin cəhət məktəbə psixoloji xidmət zamanı da nəzərə
alınmalıdır. Bəs bu iĢin mahiyyəti nədən ibarət olmalıdır?
Psixoprofilaktik iĢlər baĢlıca olaraq məktəb təlimi
prosesində uĢaqların psixi inkiĢafında baĢ verə biləcək
qüsurların qarĢısını almaq məqsədilə həmin inkiĢafın gediĢi
üzərində nəzarətin təĢkilindən ibarətdir. Müəllimlə birlikdə
psixoloq Ģagirdin əqli inkiĢafında və Ģəxsiyyətinin inkiĢafında
müəyyən qüsurların, yayınma hallarının baĢ verməsinə səbəb
ola biləcək xüsusiyyətləri aĢkara çıxarmağa cəhd göstərir və
müvafiq tədbirləri həyata keçirir. Bu zaman birinci növbədə
uĢağın həyatının keçid mərhələləri, məsələn, onun əsas
fəaliyyət növünün kəskin Ģəkildə dəyiĢməsi ilə nəticələnən
məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün
baĢlanması və s. üzərində nəzarətə xüsusi yer verilməsi lazım
gəlir. Ona görə də məktəb psixoloqu uĢaqların birinci sinfə
qəbulunda iĢtirak etməli və bu zaman onların zəif, normalara
uyğun gəlməyən cəhətlərini aĢkara çıxarmalı, onların nail
olduqları səviyyə ilə yanaĢı müvəffəqiyyətlə oxumalarına
müsbət və ya mənfi təsir göstərə biləcək idrak fəallığının,
məktəbə motivləĢmə, emosional-iradi cəhətdən hazırlığın
inkiĢaf xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidir. Məktəbə
hazırlıqla bağlı qüsurları aradan qaldırmaqla əlaqədar
valideynlərə məsləhət verməlidir. Məktəb psixoloqu
müəllimlərlə birlikdə uĢaqların məktəb təliminə alıĢmaları
üçün fərdi iĢ proqramı hazırlamalı və həyata keçirməlidir.
Eyni iĢi yeniyetməlik dövrünə keçid mərhələsində də
həyata keçirmək zəruridir. Bu mərhələdə Ģagirdin
fəaliyyətində əsaslı dəyiĢiklik baĢ verir. Ġbtidai məktəbdən orta
məktəbə keçid dövründə Ģagirdlə əvvəlkindən fərqli olaraq bir
deyil, bir neçə müəllim məĢğul olur, təlim materiallarının
məzmunu mürəkkəbləĢir. Ona görə də bu dövrdə Ģagirdin
inkiĢa-fındakı qüsurları aĢkara çıxarmaq və sonradan baĢ verə
biləcək çətinliklərin qarĢısını almaq lazım gəlir.
|