www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
106
106
3-4 yaĢlı uĢaqlarda da belə bir tələbat əmələ gəlir. UĢaq
edə bilməyəcəyi bir iĢ görmək istəyir,
özünü kiməsə
oxĢatmaq, bənzətmək istəyir. Oyun prosesində uĢaq özünü
atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə,
müəllimə, həkimə bənzədir. UĢaq öz oyununda təqlid yolu ilə
bu peĢə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır.
Təbiidir ki, bütün bunlar uĢağın idrakına, psixikasının
inkiĢafına güclü təsir edir. UĢaq
oyun prosesində cisimlərin
əlamətlərini, insanların funksiyalarını, insanlar arasındakı
münasibətləri dərk etməyə baĢlayır. Oyun prosesində uĢaq
ancaq gördüklərini mütləq mənada təkrar etmir. O, öz
oyununda əks etdirdiyi, təqlid etdiyi iĢə, hərəkətə yeni, nəyi
isə əlavə edir. UĢağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri
nəzərə çarpır.
UĢağın təxəyyülünün yaradıcı funksiyası
özünü büruzə
verir. UĢaq Ģəraiti dəyiĢdirir, predmetləri yeni qaydada
yerləĢdirməyə can atır, əĢyalara özü bildiyi funksiyaları
həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə,
gəlinciklər- müəllimə, anaya, uĢağa çevrilir.
Oyun prosesində uĢağın
təxəyyülü ixtiyari xarakter
daĢımağa baĢlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən
müəyyən olunmuĢ məqsədlə bağlı olaraq yaradılır. Lakin,
məktəbəqədər yaĢ dövrünün əvvəllərində bu məqsəd uĢağın
özü tərəfindən deyil, böyüklər tərəfindən uĢağın qarĢısında
qoyulur. Məsələn, kubikləri uĢağın qabağına tökür və deyirik:
«Bu kubiklərdən evcik qur». KarandaĢ və ağ kağız
verir və
deyirik: «PiĢik çək». UĢaq da öz bacarığı dairəsində bu iĢi
görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti
canlanır.
Məktəbəqədər yaĢın sonrakı dövrlərində uĢaq özü
fəaliyyətə baĢlamamıĢdan qabaq qarĢısına müəyyən məqsədlər