MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə32/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
39 
onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli 
məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında», 
«Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri 
təlim psixologiyası, nitq inkiĢafı sahəsində SSRĠ-də aparılan ən 
uğurlu tədqiqatlardan hesab olunur. 
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 
psixoloji fikrin inkiĢafı və təĢəkkülündə 
Əhməd Kərədi 
Zəkuyevin (1888-1968)
böyük xidmətləri olmuĢdur. O, 1921-ci 
ildə Türkiyədə təhsilini baĢa vurduqdan sonra Bakıya gəlmiĢ, 
1922-1960-cı illərdə V.Ġ.Lenin adına APĠ-də dərs demiĢ, 
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmiĢdir. 
1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə 
Ģöbəsində çalıĢmıĢdır. 
1933-cü ildə V.Ġ. Lenin adına APĠ-nin nəzdində 
aspirantura Ģöbəsi açılır. Bu Ģöbənin yaradılmasıyla 
psixologiya üzrə kadr hazırlığında da bir dönüĢ yaranır. 
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-
lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-
mikalar baĢladı. Qeyd etmək istərdik ki, SSRĠ miqyasında 
gedən proseslər eynilə Azərbaycanda da baĢ verirdi. Bununla 
bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji 
elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist 
mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu 
nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və 
psixoloqlarının (X. Fikrət, Mühiddin, Ġ. Hikmət, T. Tofiq, N. 
Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi 
isə rus pedaqoji fikrindən tərcümə edilmiĢ əsərlərdən milli 
pedaqoji fikrə keçirdi. 
Ġntellektual mübahisələr çox zaman bir-birinə qara yax-
maqla baĢa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də, 
yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin