www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
176
176
Fikrimizcə, bu mərhələdə Azərbaycan türkçülüyü
ideyasının yaranmasında və formalaşmasında ən mühüm
xidmətlər isə Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy
Yusifbəyliyə məxsusdur. Bu iki böyük idealist, millətpərvər və
demokrat milli və müstəqil Azərbaycan ideyasının müəllifləridir.
Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan
M.Ə.Rəsulzadə daha çox uğraşmış, daha böyük mənəvi-ideoloji
və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, Rəsulzadənin
mənəvi-ideoloji irsi ilə müqayisədə N.Yusifbəylinin bu sahədə
zəngin bir irsindən danışmaq mümkün deyildir.
Bütün bunlara baxmayaraq, Nəsib bəy Yusifbəylinin
milli və müstəqil Azərbaycan ideyasının müəlliflərindən biri
olması da danılmazdır. Öncə qeyd edək ki, Nəsib bəy də
M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış
ziyalılarımız kimi, ilk dövrlərdə sosial-demokratlara meyil
göstərmişdir. Ancaq çox keçmir ki, N.Yusifbəyli sosial-
demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir
qolu olan Azərbaycan türkçülüyü uğrunda mübarizə aparır.
Nəsib bəy də türkçülük ideyasının yaranmasında və
formalaşmasında ilk olaraq, böyük türkçülərdən İsmayıl bəy
Qaspıralının mühüm rolu olmuşdu [134, 7-8]. Eyni zamanda
Yusifbəylidə türkçülük məfkurəsinin yaranmasında 1908-1909-
cu illərdə Türkiyədə yaşaması və burada «Türk dərnəyi» üzvləri
ilə birgə apardığı mübarizə də mühüm rol oynamışdır.
1910-cu
illərdən etibarən əsasən, Azərbaycanda
(Gəncədə) yaşayan N.Yusifbəyli etnik-milli türkçülüyün əsas
dava adamlarından biri olmuşdu. Məhz bunun nəticəsidir ki,
1917-ci ilin martında yaranan «Türk ədəmi-mərkəziyyət»
partiyasının lideri kimi N.Yusifbəyli Rusiyanı federativ şəkildə
görmüş, bu federasiya çərçivəsində isə Azərbaycanın
|