www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
298
298
Azərbaycanının başçısı N.Nərimanova göndərdiyi ilk məktubu-
nda Ağaoğlu yazırdı ki, Vətənə qayıtmaq və marksist-leninçi-
lərlə bir yerdə sosializm uğrunda mübarizə aparmaq istəyir:
«…yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan
ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə,
bəşəriyyətin xilaskarlarına istirahət, məhəbbət və səadət üçün
imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi
baxıram» [106, 78].
Ə.Ağaoğlunun yaşının və şüurunun kamil çağında
marksizm-leninizm nəzəriyyəsinə bu cür yanaşması göstərir ki,
ondan öncə M.Ə.Rəsulzadənin, N.Nərimanovun bu cərəyana
inanması təsadüfi olmamışdır. Doğrudur, Rəsulzadə sonralar
marksizm-leninzmin iç mahiyyətini dərk edərək, vaxtında bu
ideologiyadan üz döndərsə də, N.Nərimanov yalnız ömrünün
son illərində bu cərəyanın əsil mahiyyətini dərk etməyə
başlamış, ancaq bütövlükdə ondan üz döndərməmişdir. Bu
baxımdan Ə.Ağaoğlunun Malta sürgünündən sonra, müəyyən
hisslərə qapılaraq marksizm-leninizmə ideal kimi baxması
təəccüblü deyil. Məhz bu hislərin təsiri altında Ağaoğlu daha
sonra məktubunda yazırdı ki, bolşevizm Şərq üçün də yeganə
qurtuluş yoludur: «Ələlxüsus, İslam Şərqi onu qəbul edəcəkdir
və bütün Asiyanı, Afrikanı öz arxasınca dartaraq bütün Qərbi
də onun qarşısında səcdə etməyə məcbur edəcək, zəhmətkeş
sinfi əsarətə alan imperalistlərdən onu xilas edəcəkdir. Bu
barədə Bakı fövqəladə tarixi bir rol oynaya bilər» [106, 79].
N.Nərimanovun onun bu istəyinə müsbət cavab
verməsinə baxmayaraq, az sonra Ə.Ağaoğlu bu fikrindən
daşınmışdır. O, N.Nərimanova yazdığı ikinci məktubunda Az-
ərbaycana qayıtmamasına üç səbəb 1) bolşeviklərlə həmfikir
olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı
|