www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
353
lik, bəşəri dəyərlər və s. Ancaq milli şüurdan bəhs edərkən,
onun dini və beynəlmiləl şüurla oxşar tərəfləri ilə yanaşı,
fərqli cəhətləri də göstərilməlidir. Məsələn, milli şüurla dini
şüur arasında oxşar cəhətlər arasında əxlaqi-mənəvi, human-
izm, xoşgörü, qonaqpərvərlik, ümumiyyətlə mənəviyyat
məsələləri mühüm yer tutur. Eyni zamanda, milli və dini
şüurun oxşar cəhətləri arasında ən vacib faktor milli birlik
məsələsidir. Yəni hər iki şüurun uğurla dərk edilməsi
nəticəsində bir millət, cəmiyyət daxilində milli birlik daha da
gücləndirilə bilər. Ancaq bu zaman hökmən milli birliklə dini
birliyi fərqləndirmək, daha doğrusu, dini birliyin milli birlik
kimi təqdim edilməsinə imkan verilməməlidir.
Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar
ki, milli şüur-milli ruh yalnız nəsil, qan birliyi əsasında
formalaşa bilməz. Bu prizmadan çıxış etsək görərik ki, milli
ideologiyanı da yalnız qan-nəsil birliyi ilə formalaşdırmaq
çətindir. Ona görə də, etnik və irqi birliklə yanaşı, tarixi, dini,
mədəni, coğrafi, iştisadi amillər milli şüurun formalaşmasında
çox mühum rol oynayır. Bu mənada, türklüyümüzlə yanaşı,
islamlılığı, çağdaşlığı, dövlətçiliyi və azərbaycanlılığı ifadə
edən yeni bir milli şüura ehtiyacımız var. Burada Türklük dil,
mədəniyyət və etnosla, Azərbaycanlılıq vətən və dövlətçiliklə,
İslam dini inanc və etiqadla, Çağdaşlıq yeniləşmə və
zəmanənin tələbləri ilə bağlıdır. Bunu, Rəsulzadə vaxtilə
«Əsrimizin Siyavuşu» əsərində çox məntiqli şəkildə ifadə
etmişdir. Onun ifkrincə, bugünkü anlayışla millət qan və irq
deyil, mədəniyyət və ideologiyaları özündə əks etdirən milli
şüurla bağlıdır [188, 31].
Ona görə də milli şüur, o cümlədən milli ideya
dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız türklük
|