www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
372
372
Belə ki, rus imperiyası təfəkkürünün daşıyıcıları o
vaxtda da, indinin özündə də Azərbaycanda türklük və milli
azərbaycanlılıq şüurunun formalaşmasına bacardıqları qədər
əngəl olmuşlar. Bu işdə isə, onlarla həmişə eyni mövqe tutan
fars şovinistləri olmuşlar. Hazırda isə eyni mövqeni davam
etdirən İrandakı fars-molla rejimidir. Hər iki antiazərbaycan,
antitürk qüvvələr daima Azərbaycanda milli şüurun forma-
laşmasına qarşı çıxmışlar. Onlar bunu həyata keçirmək üçün
vaxtilə ermənilərdən, indi isə ermənilərlə yanaşı, digər qeyri-
türk etnoslardan da istifadə etməyə çalışırlar.
Milli ideoloqlar bu problemləri önləmək üçün vaxtilə
bir Türk dövlətinə «Azərbaycan» adını verdilər ki, türk də,
talış da, ləzgi də, udin də, tat da və başqa etnoslar da onu
özlərinə vahid Vətən və Dövlət bilsinlər! Ancaq ermənilər
rusların əli ilə bu birliyə xəyanət etdilər, Vətənimizin bir
hissəsini Rusiyanın və rus əsgərinin birbaşa hərbi yardımı ilə
işğal etdilər. Deməli, ilk növbədə ermənilər azərbaycanlılıq
şüuruna qarşı çıxmışlar. Ermənilərin bu xəyanətlərinin
arxasında rus imperiyası təfəkkürünün daşıyıcıları dayandığı
üçün hər şey bəllidir. O vaxtda da, bu günün özündə də rus
şovinist ideoloqlar üçün milli dövlətlər və milli dövlətdə milli
şüurlar qəbul edilməzdir. Çünki hər millətin müstəqil milli
şüura malik olması imperiya təfəkkürü ilə üst-üstə düşmür.
Bunun qarşısını almaq üçün rus imperialistləri və fars
şovinistləri milli dövlətlərdə «parçala və hökm sür!» faktorun-
dan həmişə geniş şəkildə istifadə etmişlər.
Milli dövlətlərdə bölücülüyü həyata keçirmək üçün bu
antiazərbaycan, antitürk dairələr bir tərəfdən «beynəlmiləl»
ideyalardan (avrasiyaçılıq, «şiə islamçılığı» və s.), digər tərəf-
dən isə qeyri-türk etnoslardan istifadə etməyə çalışmışlar.