MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə409/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   405   406   407   408   409   410   411   412   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

385 


Fikrimizcə,  bütün  bunların  fonunda,  yəni  Azərbaycan 

xalqının ictimai şüurunda ona yaxın olan milli-dini ideyalarla 

(türkçülük,  islamçılıq)  və  beynəlmiləl  ideyalar  (kommunizm, 

demokratiya,  liberalizm  vəb.)  arasında  mübarizə  getdiyi  bir 

dövrdə  toplumun  vətəndaş  cəmiyyətinə  nə  dərəcədə  hazır 

olub-olmaması  məsələsi  çox  mübahisəlidir.  Bunu  sözlə  belə 

ifadə  etmək  olar  ki,  Azərbaycan  xalqı  vətəndaş  cəmiyyətinə 

hazırdır,  hətta  bəzilərinə  görə,  artıq  vətəndaş  cəmiyyəti 

dövründə yaşayırıq! Əlbəttə, vaxtından əvvəl bu cür hökmələr 

çıxarmaq  doğru  deyildir.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 

vaxtilə  kommunizm  haqqında  da  eyni  hökmlər  çıxarılmışdı. 

Ancaq sonra məlum oldu ki, nəinki biz kommunizm dövründə 

yaşamışıq,  əksinə  həmin  dövr  hərbi  diktatura  rejimindən 

başqa bir şey olmamışdır. 

Doğrudur,  biz  razılaşırıq  ki,  vətəndaş  cəmiyyəti  və 

kommunizm fərqli ideyalardır. Ona görə də, bunların arasında 

bərabərlik  işarəsi  qoymaq  yanlışdır.  Ancaq  məsələyə  daha 

obyektiv və elmi yöndən yanaşsaq görərik ki, istənilən müsbət 

ideya  belə  vaxtında  və  müəyyən  təkamül  əsasında  tətbiq 

olunmursa, o, cəmiyyətə zərər verir. Bu mənada, kommunizm 

özünün  mənfi  cəhətlərinə  baxmayaraq,  müəyyən  təkamüldən 

sonra  həyata  keçirilsəydi,  eyni  zamanda  Rus  imperiya 

maraqlarınının alətinə çevrilməsəydi, vəziyyət müəyyən qədər 

də olsa, fərqli ola bilərdi. Bir sözlə, istənilən halda formallıq 

və  qanunların  kağız  üzərində  qalması  nə  kommunizm,  nə 

demokratiya, nə də vətəndaş cəmiyyətinin mahiyyəti ilə bağlı 

deyildir.  Özəlliklə,  uydurma  kommunizm  dövrünü  yaşamış 

xalqların,  yenidən  uydurma  vətəndaş  cəmiyyəti,  yaxud  da 

uydurma demokratiya dövrünü yaşamasının nə mənası var?  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   405   406   407   408   409   410   411   412   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin