www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
428
428
Fikrimizcə, Rəsulzadənin bir çox Azərbaycan Cümhuriyyəti
liderlərindən (Nəsib bəy Yusifbəyli və b.) və başqa tanınmış
ziyalılardan (Firudin bəy Köçərli və b.) fərqli olaraq rus bolşevik-
lərinin əlinə keçəndən sonra dərhal öldürülməməsində bir neçə
amil mühüm rol oynamışdır. Bu amillər arasında ən önəmlisi
Rəsulzadənin Azərbaycan xalqı arasında yüksək nüfuz sahibi
olması idi. Hər halda, Sovet Rusiyasının Azərbaycandakı ağaları
(S.M.Kirov, S.Orconikidze, Pankratov və b.) yaxşı başa
düşürdülər ki, Rəsulzadə ilə bağlı radikal addımın atılması xalq
arasında onlara qarşı ciddi narazlıq yaradacaqdır. Bu baxımdan,
məhz Azərbaycan xalqının etibarını itirməmək və siyasi böhrana
yol verməmək üçün Rəsulzadəyə toxunulmamışdır. Hətta,
Rəsulzadə yaxalanaraq Bakıya gətirildikdən sonra onunla bağlı
hər şeyin qaydasında olduğunu xalqa çatdırmaq üçün,
«Kommunist» qəzetində Azərbaycan Sovet hökumətinin sədri
Nəriman Nərimanovun imzasıyla ilk səhifədə rəsmi məlumat da
dərc olunmuşdur: «Məhəmməd Əmin Rəsulzadənin vilayətlərdə
hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun
paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət
altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana
düşməməsini tövsiyə edirik» [182, 29].
Eyni zamanda, vaxtilə İranda yaxın dostluq münasibətləri
yaranmış tanınmış inqilabçılardan Heydər Əmioğlunun
Rəsulzadəni açıq şəkildə müdafiə etməsi də, bu məsələdə az rol
oynamamışdır. Belə ki, H.Əmioğlu Rəsulzadənin həbsi ilə bağlı
başda Sovet Azərbaycanın rəhbəri Nəriman Nərimanov olmaqla
bir sıra nüfuzlu şəxslərə baş vuraraq, «Məhəmməd Əminin
başından bir tük belə əskik olmamalıdır!» - demişdir [182, 30].
Ona görə də, istər Moskvanın Azərbaycandakı nümayəndələri,
istərsə də Sovet Azərbaycanının rəhbərləri Rəsulzadə məsələsində
|