www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
426
426
kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki,
İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir.
Burada maraqlı məqam odur ki, özəlliklə də gənclərə bu
fikirlər harada və kimlərin vasitəsilə çatdırılır!? Yəni Rəsulzadənin
«İrəvanın ermənilərə verməsi», «Vətəni qoyub qaçması»,
«Faşistlərlə danışıqlar aparması», «Stalinin ən yaxın dostu olması»
və s. məlumatları gənclərimiz haradan və kimlərdən alırlar!? Yəni
doğrudanmı orta və ali məktəb dərsliklərində, yaxud da ayrı-ayrı
ədəbiyyatlarda həmin məsələlər bu şəkildə qoyulur? Bəlkə bunun
üçün gənclər arasında ayrıca, xüsusi kurslar təşkil edilib?
Ümumiyyətlə, niyə gənclər arasında Azərbaycan Cümhuriyyəti
liderlərindən daha çox Rəsulzadə haqqında mənfi rəy
formalaşdırılır? Fikrimizcə, bütün bu sualların da uyğun cavabı
vardır.
Bu baxımdan burada SSRİ dövründə mühacirət yaşamağa
məcbur olmuş bir sıra tanınmış şəxsiyyətlərimizin, özəlliklə də
M.Ə.Rəsulzadənin «Vətəni qoyub qaçanlar» kimi ittiham
olunması məsələsinə aydınlıq gətirməyə çalışmışıq. Bu ittihamı
irəli sürənlər arasında həm yaşlı nəslin, həm də gənc nəslin
nümayəndələri vardır. Belə ki, Azərbaycan Cümhuriyyətindən,
onun liderlərindən, o cümlədən M.Ə.Rəzulzadədən söz düşəndə
və onların gördükləri böyük milli əməllərdən bəhs olunan zaman
bəziləri bir sıra ittihamlarla yanaşı, «Vətəni qoyub qaçıblar»
məsələsini xüsusilə qabardırlar.
Bu cür düşünənlərin fikrincə, xüsusilə Rəsulzadə 1920-ci il
27 aprel işğalından sonra Azərbaycanı heç bir şəkildə tərk
etməməliydi. Bir sözlə, Rəsulzadə ölümü bahasına olsa belə
Vətəndə qalmağa razı olmalıydı, nəinki çıxıb getməyə. Əgər o,
Vətəndən sağ olaraq gedib xaricdə yaşayıbsa, deməli günahkardır.
|