www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
434
434
doğrudan da görməmək, ya da da görüb görməməzlikdən
gəlməkdir.
Birincisi, Rəsulzadə bu əsərində azərbaycanlıların fars ata
və türk anadan olması mülahizəsindən çox türk, fars və ərəb
mədəniyyətinin islamlıq mədəniyyətini yaratdığını, bundan da bir
sıra müsəlman millətlər kimi Azərbaycan xalqının da
təsirləndiyini bildirmişdir. Yəni burada Rəsulzadə ortaq
mədəniyyət ideyasını irəli sürmüşdür. Bu mənada, onun fikrincə
çağdaş dövrdə milləti müəyyənləşdirən amil qan və irq (etnos)
təsirindən çox ortaq biliklə - mədəniyyətlərlə, ideologiyalarla
bağlıdır: «Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan xalq
milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaxud tarixi
müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan
millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı
soydan olan mədəniyyətlərin iştirakı o qədər sıxı olur ki, xətti-
zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir
millət nümunəsi meydana gəlir» [188, 31]. Fikrimizcə, burada
«iki millətdən bir millət nümunəsi meydana gəlir» ifadəsi qan
deyil, daha çox mədəniyyət və ideologiya mənasında başa
düşülməlidir. Çünki milli ideoloq əvvəlcədən bəyan edir ki,
artıq çağdaş dövrdə milləti qan və irq deyil, ortaq milli şüur,
yəni mədəniyyət və ideologiya (türk-islam mədəniyyəti)
müəyyənləşdirir.
Deməli,
Azərbaycan
xalqının
mədəniyyətinin əsasını türk və fars mədəniyyəti, müəyyən
qədər də ərəb mədəniyyəti təşkil edir.
Rəsulzadə bununla da Azərbaycan xalqının həyatında
fars atanın deyil, fars mədəniyyətinin, müəyyən qədər də ərəb
mədəniyyətinin mühüm təsir göstərdiyini yazmışdır. Çünki
onun fikrincə, xristianlıq mədəniyyəti Avropa mədəniyyəti
adlandırılıdığı kimi, bu xalqların mədəniyyyəti də İslam və Şərq
|