MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə464/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   460   461   462   463   464   465   466   467   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

437 


Bu mənada, Rəsulzadə haqlı idi ki, bir çox zaman azərbay-

canlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək 

xalis iranlı kimi özələrini  hiss etmişlər. Ümumiyyətlə, bütün Türk 

aləmi bəzi dövrlərdə İran mədəniyyətinin və elminin təsiri altında 

olmuşlar.  Bu  mənada,  Rəsulzadənin  İran  və  Turan  savaşlarına, 

İranvə  Turan  mədəniyyətlərinin  qarşılıqlı  əlaqlərinə  diqqət 

yetirməsi  də  başa  düşüləndir.  Yəni  burada  söhbət  Azərbaycan 

xalqının həyatında fars atanın qanından deyil, İran mədəniyyətinin 

və  İran  elminin  təsirindən  gedir.  Bunu,  Rəsulzadənin  aşağıdakı 

fikirləri  də  təsdiq  edir:  «Azərbaycan  xalqında  xoşbəxt  bir  həyat 

yaşamaq  üçün  tarixə  lazım  olan  sağlam  bir  türk  qanı  və  canı 

mövcud olduğu kimi, bu zəmində pöhrələyəcək gəlişmə fidanını 

daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski 

bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr 

keçmişdi»  [188,  34].  Fikrimizcə,  milli  ideoloqun  bunda  haqlı 

olmasında ən bariz nümunə M.F.Axundzadədir. Belə ki, türk qanı 

daşımasına  baxmayaraq  özünü  şüur  baxımdan  İran-Fars 

mədəniyyətinə aid etmişdir. İlk dövrlərdə Ə.Ağaoğlu da İran-Fars 

şiəliyinin təsiri altında olmuşdur.  

Fikrimizcə,  burada  önəmli  məsələ  Rəsulzadənin  türk 

millətinin  üstünlüyünü  önə  çəkməkdənsə  milli  birlikdən, 

qardaşlıqdan,  tolerantılıqdan,  bütövlükdən  çıxış  etməsidir.  Yəni 

Rəsulzadə  türklərin  Azərbaycanda  (şimalı-cənbulu)  mütləq 

çoxluğunu bildiyi halda, İran-Fars və Turan-Türk köklü Siyavuşu 

bir örnək olaraq göstərməsi və mədəniyyətlərin müştərəkliyindən 

bəhs etməsi istər o dövr üçün, istərsə də zəmanəmizdə ən doğru 

addımdır.  Bizə  elə  gəlir  ki,  Cəfərov  diqqəti  Rəsulzadənin 

uzaqgörənliyinə yönəltmək əvəzinə, bunu tamamilə başqa mənada 

yozmasının  özü  düşündürücüdür.  Maraqlıdır,  əgər  Rəsulzadə 

Azərbaycanda  yaşayan  bütün  əhalinin  hamısının  türk  olduğunu 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin