www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
440
440
ziyalıdır, bunun nə millisi, nə bəşərisi? Ancaq ümumi ziyalılıq
keyfiyyətlərinə malik olmaqla yanaşı, ziyalının bir sıra önəmli
məsələlərə münasibətdə tutduğu mövqedən çox şey asılıdır. Başqa
sözlə, bəşəri dəyərlərdən çıxış edən edən ziyalı da milli və dini
hisslərin olması nə qədər təbiidirsə, onlardan hansına daha çox
meyil göstərməsi çıxış nöqtəsidir. Fikrimizcə, toplumun müxtəlif
təbəqləri arasında ziyalılıq bu meyillənmələrə görə müəyyən-
ləşdirilə bilər. Yəni ziyalının əsil simasının müəyyənləşməsində
ictimai şüurunun daha çox dini, milli və yaxud da bəşəriliyin
üzərində köklənməsindən asılıdır. Belə ki, özündə ziyalılığa aid
olan ümumi keyfiyyətləri əks etdirən aydının, cəmiyyətin taleyinə
ciddi şəkildə təsir göstərə biləcək hər hansı önəmli məsələ ilə
bağlı tutduğu mövqeyi onun əsil simasını müəyyənləşdirir.
Xüsusilə, son addım atılarkən ziyalının millətin, dinin, yoxsa
bəşəri dəyərlərin çıxarlarından çıxış etməsi mühüm bir nöqtədir.
Çünki ziyalı istər-istəməz bəzən bunlardan birini nisbi də olsa,
irəli çəkmək məcburiyyətindədir.
Bu mənada, «milli ziyalı» anlayışındakı «milli» sözü heç
də ziyalının elmlikdən və obyektivlikdən kənara çıxması anlamına
gəlməməlidir. Bu da, nisbi xarakter daşıyır. Fikrimizcə, milli ziyalı
demək, elmliyi və obyektivliyi də gözləməklə milli maraqlardan
çıxış etməkdir. Başqa sözlə, milli ziyalının dünyagörüşündə
millətinin çıxarları və gələcəyi, müəyyən qədər də olsun öz əksini
tapmalıdır. Məsələn, Nizami Gəncəvinin Azərbaycan, yoxsa İran
şairi olması məsələsində onun uyğun olaraq Azərbaycan və ya
İran şairi olmasını iddia edənlər bütün mənalarda milli mövqe
tuturlar. çünki hər iki tərəf elmlik və obyektivlikdən çıxış
etdiklərini bəyan etsələr də, onu özünküləşdirmək istəyirlər. Təbii
ki, bizə görə biz, onlara görə onlar haqlıdırlar. Əgər
Azərbaycandan biri tapılıb deyəndə ki, Nizami İran-fars şairidir,
|