www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
438
438
yazsaydı, yalnız Türk mədəniyyətindən bəhs etsəydi onda
cəfərovların buna münasibəti müsbətmi olacaqdı? Fikrimizcə,
yox. Rəsulzadə belə bir iddia ilə çıxış etmiş olsaydı, o vaxtda,
indinin özündə də onu millətçilkdə suçlaycaqdılar.
Ziyalı və milli şüur. Bu gün milli şüurun
formalaşmasında yeni nəsil ziyalılarının, yeni nəsil alimlərin
çiyninə daha ağır yük düşür. Ziyalı kimliyi milli şüurun
formalaşmasında vacib faktordur. Yəni ziyalının özünü hansı
kimlikdə – milli, dini və bəynəlmiləlçi – görməsi milli şüurun
hansı şəkildə formalaşmasına ciddi təsir göstərə bilər. Bu üç
anlayışın üçünü də hər bir kəs öz başa düşdüyü kimi yanaşa və
əsaslandıra bilər.
Bütün hallarda, hansı kimliyi çox ifadə etməsindən asılı
olmayaraq ziyalı hər bir toplumda mühüm yerə malikdir. Çünki
ziyal demək, mövqe demək, nüfuz demək və millətin siması
deməkdir. Bu mənada, hər bir cəmiyyətdə ziyalının nüfuzunun
hansı səviyyədə olması, həm də onun milli şüurunu göstəricisdir.
Əgər cəmiyyət arasında ziyalı yüksək nüfuza malikdirsə, milli
şüurun formalaşması prosesində aparıcı yer tutacaqdır. Ancaq hər
hansı toplumda ziyalının nüfuzu istənilən səviyyədə deyilsə, o
zaman milli şüurun formalaşması prosesi həm ləng gedəcək, həm
də ciddi problemlərə yol açacaq.
Azərbaycan toplumunda ziyalının nüfuzuna başlıca zərbə
kütlə üzərində təsirinin çox aşağı olmasıdır. Hər hansı cəmiyyətdə
kütlə artıq ziyalıya inanmırsa, yaxud da bu inam aşağı
səviyyədədirsə, o toplumda ziyalı məğlub durumdadır. Bunun əksi
o deməkdir ki, əgər kütlə ziyalıya inamır, etimad göstərmirsə, bu
zaman özünün haqlı olduğu qənaətinə gələr. Bu isə ona gətirib
çıxarır ki, ziyalı kütləyə deyil, əksinə kütlə ziyalıya təsir göstərir,
öz nüfuzu altına salır. Başqa sözlə, ziyalı kütlənin dediyi ilə oturub
|