MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə466/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   462   463   464   465   466   467   468   469   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

439 


durmağa başlayır. Bu zaman ziyalı bir növ özünü də inandırmağa 

çalışır  ki,  xalq,  kütlə  nə  istəyirsə  ona  onu  da  vermək,  onunla 

hesablaşmaq lazımdır. 

Bu  çox  incə  məsələdir.  Doğrudanmı  kütlənin  hər  bir 

istəyi  ilə  dərhal  razılaşmaq,  demokratiya  əlaməti,  yaxud  da 

insan  hüquq  və  azadlıqlarına  hörmət  etmək  deməkdir?  Bizə 

elə gəlir ki, kütləyə hər istədiyini deyil, ümummilli mənafeyə 

zərərli  olmayan,  millətin  bu  gününə  və  gələcəyinə  xeyirli 

olanlarla  razılaşmaq  lazımdır.  Kütlənin  zərərli  ola  biləcək 

istəklərinə    qarşı  dayanmaq  üçün,  ilk  növbədə    ziyalının 

itirilmiş  nüfuzunu  bərpa  etmək  lazımdır.  Çünki  milli  şüurun 

formalaşmasında başlıca rol ziyalılara məxsusdur.  

Fikrimizcə,  ziyalılar  bir  növ  hakimiyyətlə  xalq 

arasında  mühüm  bir  bağdır.  Ziyalı  kütlənin  zərərli  olmayan  

istəklərini hakimiyyətə çatdıraraq qəbul etdirməklə yanaşı, zərərli 

olanları da kənarlaşdıra bilər. 

Bunun  üçün  ziyalının  kütlə  üzərində  nüfuzu  olmalıdır. 

Əgər  artıq  belə  bir  nüfuz  yoxdursa,  kütlə  ziyalısız  öz  istəklərini 

(zərərli, yaxud zərərsiz) hakimiyyətə qəbul etdirməyə çalışacaqdır. 

Bu zaman müəyyən problemlərin yaranması qaçılmazdır. 

Bu  baxımdan  hakimiyyət  çalışmalıdır  ki,  cəmiyyət 

daxilində  ziyalının  müəyyən  nüfuzu  olsun.  Burada  söhbət,  süni 

nüfuzdan deyil, təbii nüfuzdan gedir. Yəni hakimiyyətin ziyalıya 

münasibətindən  çox  şey  asılıdır.  Əgər  hakimiyyət  ziyalıya  layiq 

olduğu  dəyəri  verərsə,  kütlə  də  də  bunu  görəcək  və  nəticə 

çıxaracaqdır. 

Fikrimizcə, ümumilikdə üç cür ziyalıdan: 1) milli; 2) dini; 

3) bəşəri, bəhs etmək mümkündür. Əlbəttə, bu nisbi bir bölgüdür. 

Bu  mənada,  «milli  ziyalı»,  «dini  ziyalı»  və  «bəşəri  ziyalı» 

anlayışları  münasib  görünməyə  bilər.  Yəni  deyilə  bilər  ki,  ziyalı 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin