www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
441
bu zaman o nə qədər obyektiv (bunun özü də mübahisəlidir) olsa
belə, artıq onun milli düşüncə sahibi olması sual altına düşür.
Tarixən belə ziyalılar (Türkiyədə Orxan Pamuk, Azərbaycanda
Əkrəm Əlyisli və b.) olmuşdur ki, obyektivlikdən çıxış etmək adı
altında öz xalqlarını zərbə altında qoymuşlar. Burada
hakimiyyətlə xalq anlayışını eyniləşdirmək doğru deyildir. Çünki
tarixən elə ziyalılar da olmuşdur ki, onlar təmsil olunduqları xalqı
deyil, hakimiyyəti tənqid etmişlər. Bunlar tamamilə fərqli
şeylərdir.
Deməli, «milli ziyalı» üçün milli maraqlar dini və bəşəri
dəyərlərlə müqayisədə bir addım öndə ola ilər. Ancaq «bir addım
öndə» olmaq heç də ziyalının obyektivliyi və elmliyi itirməsi
anlamına gəlməməlidir. Milli ziyalı sözündə və yazısında populist
və quru şüuarlardan yan qaçmalı, obyektivlik və elmliyə
əsaslamalıdır. Ancaq bu obyektivlik və elmliyin özü də müəyyən
əndazədə də olmalıdır. Yəni hər bir şeydə ifrat obyektivlik və
elmliyin özü də mənasızdır.
Bütün hallarda, istənilən məsələyə münasibətdə ziyalı
zəmanəyə uyğunlaşmaqdan daha çox, yəni gah ateist, gah millətçi,
gah da dinçi olmağı bir kənara qoyub, zəmanənin tələblərinə də
nəzərə almaqla yanaşı, əsasən sabit bir mövqe nümayiş
etdirməlidir. Burada «zəmanənin tələblərinin nəzərə alınması»
dedikdə, dövrün inkişaf xüsusiyyətlərinin təhlili əsasında
addımların atılmasını nəzərdə tuturuq. Bu o demək deyil ki, ziyalı-
alim şəraitə, dövrə, mühitə (yəni mövcud olan rejimin həyata
keçirdiyi ideologiyaya) hökmən uyğunlaşmalı, ona görə hərəkət
etməlidir. Əgər ziyalı-aydın sovet dövründə ateist, müstəqillik
dövründə dindar və millətçidirsə, artıq o ziyalılıqdan çox
uzaqlaşmışdır. Əlbəttə, ziyalılar zaman-zaman özlərini gəlişdirib
müəyyən fikir dəyişiklərinə gəlib çıxa bilər. Ancaq bu, onların
|