MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə469/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   465   466   467   468   469   470   471   472   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

442 



442 

dünyagörüşündə  baş  verən  dəiyşiklikdən  daha  çox,  ictimai 

varlığın dəyişməsi ilə bağlıdırsa, o zaman obyektivlik və elmlilik 

öz əhəmiyyətini itirmiş olur.  

Fikrimizcə, Azərbaycan ziyalılarınnı böyük əksəriyyətində 

belə  bir  problem  vardır.  Onların  əksəriyyətinin  şüurları  bu  günə 

qədər  sovet  təfəkküründən  kənara  çıxamamış,  yalnız  ictimai 

varlığın  dəyişməsi  baxımından  zahirən  özlərini  dəyişdirmiş  kimi 

göstərməyə  çalışırlar.  Bu  mənada,  bugünkü  Azərbaycan 

ziyalılarının əksəriyyətinin «sovet ziyalı»sından  «milli ziyalı»ya, 

hətta  bəzilərinin  «dini  ziyalı»ya  çevrilməsi  zəmanəyə  (dövrə  və 

mühitə)  uyğunlaşmaqdan  başqa  bir  şey  deyildir.  Onlar  üçün 

«zəmanəyə  uyğunlaşmaq»  ən  doğru  addım  olsa  da,  ancaq 

cəmiyyətin  maraqları  və  çıxarları  baxımından  yanlışdır.  Çünki 

ziyalı bir yandan zəmanəyə uyğunlaşıb özünə nə qədər «milli» və 

«dini»  don  geyindirməyə  çalışsa  da,  onun  şüurunun  sovet 

təffəkkürünün  yeni  bir  forması  olması,  cəmiyyətin  böyük 

əksəriyyəti  üçün  sirr  deyildir.  Hər  halda,  həmin  ziyalıların 

əksəriyyətinin  «milli»,  «dini»  çıxışlarının  və  yazlarının  zahiri 

xarakter  daşıması  əməllərində  o  dəqiqə  hiss  olunur.  Xüsusilə, 

sovet  dövründəki  kimi  özlərindən  yuxarıdakıların  köləsi  olmaq, 

özlərindən  aşağını  isə  qul  kimi  görmək  bu  cür  ziyalıların 

əksəriyyətinin təfəkkür tərzidir. Üstəlik, yalançı sovetpərəstlik və 

atetistlik  kimi,  yalançı  millətpərəstlik  və  dinpərəstlik  sadəcə, 

zəmanəyə (dövr və mühitə) uyğunlaşmaq «amalı»dır. 

Halubki  ziyalılıq  zəmanəyə  uyğunlaşmaq,  yəni    kor-

koranə məddahlıq və yaltaqlıq formasında olmamalıdır. Ziyalı hər 

hansı  fikrini  yazmaq  və  ifadə  etmək  üçün  kimsədən  göstəriş  və 

yaxud da, icazə gözləməməlidir. Başqa sözlə, alim taftalogiya ilə 

məşğul  olmamalıdır.  Əksinə  əsil  ziyalı  odur  ki,  onun  fikrinə 

hörmət göstərsinlər, onunla razılaşmağa məcbur olsunlar.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin