www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
450
450
«azərbaycançılıq», «azərbaycanizm», «Azərbaycan milli ideyası»
dedikdə, yalnız və yalnız ümumi türkçülüyün doğurduğu və onun
müstəqil bir hissəsinə çevrilmiş Azərbaycan türkçülüyünü ifadə
etmişlər. Ancaq onların dünyagörüşündə azərbaycançılıq yalnız
türkçülüklə məhdudlaşmamışdır. Belə ki, milli ideoloqlar üçün
azərbaycançılıq türkçülüklə yanaşı istiqlalçılığı, müsavatçılığı,
xalqçılığı və dövlətçiliyi də özündə əks etdirir [154, 12]. Bunu,
Azərbaycan milli ideoloqu M.Ə.Rəsulzadə belə ifadə etmişdir:
«Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki,
tarixin ən böyük müəssəsi (qurucusu) olan milliyyətin dövlət
olmaq üzrə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək,
böyük Türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə
başlanmış şanlı bir mücadilədir. Azərbaycançılıq eyni zamanda,
bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti
xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır» [245
a
, 68].
Əslində həmin dövrdə «azərbaycanlı», yaxud da
«azərbaycanlılıq» anlayışının dərk edilməsi yeni yaranmış bir
dövlət üçün çox zəruri idi. Çünki bu zaman türklərlə qeyri türklər
«azərbaycanlılıq» adı altında birləşir, həmin dövlətin ayrılmaz
tərkib hissəsinə çevrilir, vahid vətən və dövlət anlayışını
mənimsəyirdilər. Deməli, həmin dövrdə, hətta bir müddət sonra
belə «azərbaycanlılıq» daha çox Azərbaycan türklüyünü, yəni
türklərin milli kimliyini ifadə etməklə yanaşı, Azərbaycanda
yaşayan bütün vətəndaşlara (türklərə və qeyri türklərə) verilmiş
siyasi millət anlayışı (məsələn, iranlı, osmanlı, rusiyalı və s. kimi)
olmuşdur. M.B.Məmmədzadə yazırdı: «Azərbaycançılıq ideyasını
ortaya atmaqla biz heç də türkçülüyü inkar etmirik, ancaq
Azərbaycan Vətəni ideyasını birinci yerə keçirir, Azərbaycanın
coğrafi sərhədləri daxilində millətin yekdilliyini və vəhdətini
birinci dərəcəli vəzifə kimi irəli sürürük» [243, 54].
|