www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
451
Bütün bunları nəzərə alaraq çağdaş dövrdə akademik
Y.Qarayev yazırdı ki, «ən yeni Azərbaycan ideologiyasının
öndəri olan Rəsulzadə ilk Azərbaycan Cümhuriyyətinin də
banilərindən biri olmuşdu» [36, 3]. Belə ki, «azərbaycançılıq»
ideologiyası yalnız Müsavatın proqramında təzahür etmiş və
Azərbaycan Cümhuriyyətində əməli gerçəkliyini tapmışdır [36,
81]. Yəni onlar, bununla da siyasi-ideoloji anlamda türklərin vahid
dövlət (məsələn, Turan dövləti kimi) yaratmasından deyil, ayrı-
ayrı müstəqil türk dövlətlərinin mövcudluğu ideyasından çıxış
etmişlər. Çünki o zaman da, indinin özündə də vahid Türk dövləti-
Turan ideyası istər türklərin öz daxilində, istərsə də başqa millətlər
tərəfindən birmənalı qarşılanmamışdır. Ona görə də milli
ideoloqların əksəriyyəti turançılığı, türk birliyini mənəvi məsələ
kimi qəbul edərək, siyasi-ideoloji baxımdan müstəqil türk
dövlətləri ideyasını dəstəkləmişlər.
Nizaməddin Şəmsizadə də «Azərbaycançılıq» kitabında
yazır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşan və
Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələnən milli
ideologiya əslində «özündə türkçülük, islamçılıq və Qərb
dəyərlərini birləşdirən» azərbaycançılıq olmuşdu [208, 50].
Azərbaycançılıq isə üç təməl üzərində bərqərar olur: türkçülük,
islamçılıq və vətənçilik. Hətta, N.Şəmsizadəyə görə, türkçülük də
Azərbaycan xalqının milli idealı – məfkurəsidir [208, 116]. Onun
fikrincə, bütün bunlar isə azərbaycançılığı türkçülüyə qarşı
qoymur [208, 117]. Çünki azərbaycançılıq islamçılıqdan,
türkçülükdən, hətta şamançılıq və şumerçilikdən də qədimdir
[208, 118].
Bu
baxımdan,
hazırda
azərbaycançılığın
əsas
ideoloqlarından akademik Ramiz Mehdiyevin qeyd etməsi ki,
«azərbaycançılıq» anlayışı milli siyasi diskursda yaxın vaxtlardan
|