www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
452
452
işlədilir [140, 458] və azərbaycançılığın ideya ilahmçısı,
yaradıcısı Heydər Əliyevdir [141, 447], şübhəsiz bu onun yeni
bir ideya olması anlamına gəlməməlidir. Çünki R.Mehdiyev
H.Əliyevi müasir azərbaycançılığın yaradıcısı kimi qəbul
etməklə yanaşı, onun tarixi-nəzəri köklərinin XIX əsrin sonu,
XX əsrin əvvəlləri ilə bağlı olmasını inkar etmir. Akademik
hesab edir ki, Azərbaycanda inqilabaqədərki (1905-1907)
milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik
ideologiyası kimi inkişaf etsə də, son nəticədə azərbaycançılıq
yaranmışdır: «Sonrakı dövrdə bizim mütəfəkkirlər milli
identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycan-
çılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun
növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin
siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna – Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı» [142, 17].
Ümumiyyətlə, onun fikrincə, o vaxt bütün türk xalqlarında olduğu
kimi, Azərbaycanda da əsas ideya xətlərindən olan ənənəvi
panturançılıq, «türkçülük» (vahid türk dövləti, türk birliyi və s.)
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və başqa milli
mütəfəkkirlərin səyi ilə Azərbaycan milli ideyasının əsas
istiqamətinə çevrilmişdi: «1905-1918-ci illərdə Azərbaycan milli
hərəkatının nəzəriyyəçiləri və xadimləri Azərbaycan milli
dövlətinin ideologiyasını – «azərbaycançılıq» (türkçülük məna-
sında) ideyasını işləyib hazırladılar. Bu ideya ölkədə yaşayan
bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı.
Onun fəlsəfi əsasını «türkçülük, islamçılıq və müasirlik» şüarı
təşkil edirdi. Bu şüar «Müsavat» partiyasının və Azərbaycan
Demokratik Respublikasının rəsmi doktrinası oldu» [143, 196].
Akademikin fikrincə, XX əsrin əvvəllərində yaranmış
azərbaycançılıq SSRİ dövründə isə boğulmuş, yalnız müstəqillik
|