www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
455
Ə.Topçubaşov) «azərbaycançılıq» («türkçülük») ideyasını işləyib
hazırlamışdılar [221, 25-26, 38]. Onun fikrincə, 1993-cü ildən
başlayaraq da azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri
standartlar səviyyəsində formalaşmasının və tətbiq olunmasının
şahidləriyik [221, 130].
Fikrimizcə,
bu
müəlliflərin
çağdaş
dövrdə
azərbaycançılığın H.Əliyev tərəfindən dövlət ideologiyası kimi
irəli sürüldüyünü qeyd etməklə yanaşı, onun tarixi-nəzəri köklərini
əsaslandırmaq üçün XIX əsrin sonu – XX əsrin əvvəllərinə üz
tutmaları da təbiidir. Belə ki, doğrudan da Heydər Əliyev vaxtilə
mövcud olan Azərbaycan milli ideyasını – azərbaycançılığı
çağdaş dövrdə dirçəldərək, onu dövlətin milli ideologiyası kimi
irəli sürmüşdür. Ona görə də hesab edirik ki, azərbaycançılığın
tarixi-nəzəri köklərini və mahiyyətini olduğu kimi xalqımıza
çatdırmalıyıq. Hər halda, milli-mənəvi dəyərlərimizin tədqiqi,
milli ideyanın mənşəyinin araşdırılması, şəxsiyyətlərin tarixdə yeri
və rolu ilə bağlı Heydər Əliyev demişdir ki, tarix obyektiv təhlil
olunmalı, bugünkü və gələcək nəslə doğru bilgilər ötürülüməlidir:
«Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə,
gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki
dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif
edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir
istiqamətdə təhrif edilir. Tarixçilərimizin borcudur ki, bu qüsuru
aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik
respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəli Xan
Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və
başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil
bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir
gördülər» [85, 153-154]. H.Əliyev fikrinin davamı olaraq deyirdi:
«Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla
|